SON XƏBƏRLƏR

Saakaşvilinin səhvi Gürcüstanı çətin vəziyyətə saldı

2021.10.20, 07:36
Saakaşvilinin səhvi Gürcüstanı çətin vəziyyətə saldı

Gunaz.tv
Saakaşvilinin səhvi... "Gürcüstanı çətin vəziyyətə saldı" Gürcüstanda gərgin vəziyyətin yaranmasında ölkə prezidenti Mixail Saakaşvilinin də bəzi səhvləri var. Tarix elmləri doktoru, professor Musa Qasımlı belə hesab edir. Belə ki, Gürcüstanın Qərbə olan meylini populist çıxışlarla büruzə verməsi, Rusiya ilə qarşılıqlı münasibətlərdə ziddə getməsi, NATO-nu gurultulu alqışlarla Qara Dənizə dəvət etməsi kimi məsələləri Rusiya öz maraqlarına təhdid kimi dəyərləndirib: "Ölkənin xarici siyasətini ibarəli cümlələrlə qurmaq olmaz. Saakaşvili bu olkədə hakimiyyətə gələndə Gürcüstanın hansı problemləri mövcud idisə, onlar qalmaqda davam edir. Eyni zamanda, artıq Gürcüstanın ərazi bütövlüyü də əldən getdi". "Baş verən hadisələr aspektində Dağlıq Qarabağ münaqişəsinə nəzər salanda hansı məqamları görmək olar" məsələsinə gəldikdə isə M.Qasımlı hesab edir ki, proseslərin necə olacağı Rusiya ilə əlaqələrin necə qurulmasından asılıdır. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar