SON XƏBƏRLƏR

Böyük Millət Partiyası təklif edir_Əzizbəyov rayonuna Nuru Paşanın adı verilsin

2021.10.20, 07:36
Böyük Millət Partiyası təklif edir_Əzizbəyov rayonuna Nuru Paşanın adı verilsin

Gunaz.tv
Əzizbəyov rayonuna Nuru Paşanın adı verilsin Böyük Millət Partiyası təklif edir Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli müraciətlə çıxış edib. Müraciətdə Bakı şəhərinin azad olunmasının 90 illiyi ilə əlaqədar Nuru Paşanın adının əbədiləşdirilməsi istiqamətində xüsusi tədbirlərin həyata keçirilməsi üçün göstəriş verilməsi xahiş olunub: "15 sentyabr 1918-ci ildə Bakı şəhərinin boşevik, ingilis və erməni daşnaklarından azad olunduğu günün xüsusi əhəmiyyəti var. O zaman Bakı azad olunmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı mümkün deyildi. Məhz həmin ağır dövrdə qardaş Osmanlı-Türk qoşunları Bakını azad etmişdi. Xilaskar Türk əsgərləri təkcə Bakıda deyil, Naxçıvan, Zəngəzur, Qarabağda da qəhrəmanlıqlar göstəriblər. Xalqımızın türk ordusunun komandanı Nuru Paşaya məhəbbət və rəğbəti sonsuzdur. Lakin bu, Bakının azad olunması və Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi baxımından yetərli deyil". Partiya sədri xahiş edib ki, sözügedən tarix dövlət səviyyəsində rəsmi şəkildə qeyd edilsin, Əzizbəyov rayonunun adı dəyişdirilərək Nuru Paşanın adı verilsin və onun abidəsi Bakının görkəmli yerlərindən birində qoyulsun.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar