SON XƏBƏRLƏR

ERMƏNİSTANDA BENZİN QITLIĞI HÖKM SÜRÜR

2021.10.20, 07:36
ERMƏNİSTANDA BENZİN QITLIĞI HÖKM SÜRÜR

Gunaz.tv
ERMƏNİSTANDA BENZİN QITLIĞI HÖKM SÜRÜR Yanacaq əhaliyə talonla verilir 2104.jpg Gürcüstanda yaranmış vəziyyətlə bağlı Ermənistanda benzin qıtlığı hökm sürür. “Armenia Today” saytının xəbərində deyilir ki, qonşu ölkədən yük daşımaları bərpa edilsə də, Ermənistanda yanacaq böhranı hələ də həll edilməyib. İrəvanda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, bəzi yerlərdə isə yanacaqdoldurma məntəqələri işləmir. Ermənistan hökuməti benzin satışı üçün talon tətbiq edib. İndi benzini ancaq 20-40 litr həcmində almaq olar. Tələbat isə artır, ermənilər benzinin daha da qıtlşacağından qorxaraq özlərinə ehtiyat yaratmağa çalışırlar. Məlumata görə, Gürcüstan dəmir yolunun işi bərpa edildikdən sonra Ermənistana yüklər daxil olmağa başlayıb, lakin yanacaq gəlmir. Belə ki, son iki gündə ölkəyə cəmi 10 vaqon benzin daxil olub. Bildirilir ki, Ermənistanda yanacaq böhranı Rusiya təyyarələrinin Gürcüstanın Poti limanını bombalamasından sonra başlayıb. Avqustun 16-da isə Ermənistana yanacaq vaqonlarının keçdiyi dəmir yol körpüsü partladılıb. Həmin vaxtdan Ermənistan İrandan yanacaq almağa başlayıb, lakin bu ölkənin tələbatını ödəmək üçün kifayət etmir. Bəzi xəbərlərə görə, hərbi hissələrdə də benzin qıtlığı hiss olunur. Qeyd edək ki, Ermənistan yanacağa olan tələbatını Rusiyanın hesabına ödəyir, lakin bəzi məlumatlara görə, Gürcüstan üzərindən Ermənistana Azərbaycan yanacağı da satılır. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar