SON XƏBƏRLƏR

Gürcüstan Rusiyadakı diplomatlarını geri çağırıb

2021.10.20, 07:36
Gürcüstan Rusiyadakı diplomatlarını geri çağırıb

Gunaz.tv
Gürcüstan Rusiyadakı diplomatlarını geri çağırıb [ 27 Avqust 2008 17:43 ] Tiflis-APA. Rəsmi Tiflis iki diplomatdan başqa Gürcüstanın Rusiyadakı səfirliyində çalışan bütün əməkdaşları geri çağıracaq. APA-nın məlumatına görə, xarici işlər naziri Eka Tkeşelaşvili Rusiya ilə diplomatik münasibətlərin minimuma endiriləcəyini bildirib: “Bizim bundan sonra Rusiyada səfirimiz fəaliyyət göstərməyəcək”. Xatırladaq ki, Gürcüstan Moskvadakı səfirini hələ ötən ay geri çağırıb. Bu addım Rusiya təyyarələrinin Gürcüstanın hava sərhədlərini pozmasına cavab olaraq atılıb. Kreml isə Gürcüstandakı səfirini ötən ilin sentyabrında bu ölkədə dörd rus hərbçisinin casusluq fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə həbsindən sonra geri çağırıb. Səfir Vyaçeslav Kovalenko yalnız bu ilin yanvarında Tiflisə qayıtmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar