SON XƏBƏRLƏR

İran Prezidentinin ölkənin Ali Dini İcmasında sorğulanması onun gələcək siyasi fəaliyyətini şübhə altına alır – ekspertlər

2021.10.20, 07:36
İran Prezidentinin ölkənin Ali Dini İcmasında sorğulanması onun gələcək siyasi fəaliyyətini şübhə altına alır – ekspertlər

Gunaz.tv
İran Prezidentinin ölkənin Ali Dini İcmasında sorğulanması onun gələcək siyasi fəaliyyətini şübhə altına alır – ekspertlər _tehran_280807-1.jpg İran prezidenti Mahmud Əhmədinejadın İranın Ali Dini İcmasına (Xobreqan) çağırılıb, sorğulanması, ona yönəlmiş tənqidləri nəzərə alsaq Əhmədinejadın gələcək siyasi fəaliyyətini şübhə altına ala bilər. «Əhmədinejad bu iclasda bir sıra məsələlərə aydınlıq gətirməlidir və bu sual – cavab Əhmədinejadın gələcək prezident seçkilərinə qoşulmasını əngəlləyəcək» - deyə İranın daxili məslələr üzrə eksperti İsa Səhərxiz Trend - a bildirib. İran prezidenti Mahmud Əhmədinejad çərşənbə axşamı İranın Ali DİNİ İcmasında iştirak edib. İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani iki həftə əvvəl cümə namazında çıxış edərkən bildirib ki, Ali dini icmanın qarşıdakı iclasında iki mühüm məsələni - İranın uranı zənginləşdirilməsi proqramını və yardımlar məsələsini müzakirəyə çıxaracağıq. Səhərxizin sözlərinə görə, Əhmədinejadın 3 ildən artıq prezidentliyi dövründə gördüyü işlər, daxili və xarici siyasətində addımları onun prezident kimi fəaliyyətini şübhə altına bilər. İranın Ali Dini İcmasının sədri Əli Əkbər Haşimi Rəfsəncani son iki həftə ərzində Əhmədinejadı kəskin tənqid edib. Rəfsəncani avqustun 11-də Məşhəd şəhərində çıxışı zamanı bildirib ki, o, hazırkı hökümətin fəaliyyətinə bundan sonra güzəştə getməyəcək. İranın Jurnalistlər Biliyinin sədri və daxili məsələlər üzrə ekspert Əli Məzrui Trend - a bildirib ki, Prezident ölkənin müxtəlif məsələləri haqda Ali Dini İcmada çıxış etməlidir, Əhmədinejadın bu İcmanın 4-cü iclasında iştirakı da buna görədir. – deyə Məruzi bildirib. Məzrui onu da deyib ki, hakimiyyətdə olan prezidentin gələcək prezident seçkilərində iştirakında onun gördüyü işlər mühüm rol oynayır: «Fikrimcə, Haşimi Rəfsəncaninin Əhmədinejadın hakimiyyətini tənqid etməsinin gələcək prezident seçkilərinə təsiri olacaq.»– deyə Məzrui çərşənbə axşamı telefonla Tehrandan bildirib . İsa Səhərxiz bildirib ki, İran rəsmiləri ölkənin Ali Dini İcmasının İclaslarında öz proqramları ilə bağlı həmişə çıxış edirlər, amma hazırda bu İcmanın sədr vəzifəsində dəyişikliklər olub. Ayətullah Meşkini rəhmətə getdikdən sonra Haşimi Rəfsəncani İcmanın rəhbəri vəzifəsini icra edir. «Haşimi Rəfsəncani Əhmədinejadı tənqid edir və İranın uranın zənginləşdirilməsi ilə bağlı siyasətinin bu ölkəni beynəlxalq aləmdə problemlərlə üzləşdirdiyini düşünür» - deyə Səhərxiz cümə axşamı bildirib . O əlavə edib ki, Əhmədinejadın iqtisadi proqramı, xüsusilə yardımların paylanması proqramı onun bu iclasda iştirakını fərqləndirir. İranın Ali Dini İcmasının 4-cü iclası iki gün davam edəcək. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar