SON XƏBƏRLƏR

Bakıya 220 min dollarlıq avtobuslar gətirilib

2021.10.20, 07:36
Bakıya 220 min dollarlıq avtobuslar gətirilib

Gunaz.tv
Bakıya 220 min dollarlıq avtobuslar gətirilib Azərbaycana ilk dəfə olduqca bahali sərnişin avtobusları gətirilib. Verilən məlumata görə, Almaniyanın “MAN” şirkətinin istehsalı olan bu avtobuslar dövlət başçısının tapşırığı ilə Dövlət Neft Fondunun ayırdığı maliyyə vəsaiti hesabına alınıb. Qiyməti 150 min avro (220 min ABŞ dolları) olan yeni avtobusların 20-si artıq Bakıdadır, qalan 30 “MAN” avtobusu sentyabr ayının ortalarına kimi Azərbaycan paytaxtına gətiriləcək. Ümumi sərnişin tutumu 100 nəfər olan avtobusların 32 oturacaq yeri var. Yeni bahalı avtobuslar yalnız Bakının mərkəzi küçələrində hərəkət edəcək. Avtobusların oktyabrdan sonra şəhərdaxili xətlərə buraxılması planlaşdırılır. Qeyd edək ki, indiyə kimi Azərbaycana gətirilən sərnişin avtobuslarının orta qiyməti 50 min dollar olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar