SON XƏBƏRLƏR

ƏLİBƏY HÜSEYNZADƏNİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” NƏŞR EDİLMİŞDİR

2021.10.20, 07:36
ƏLİBƏY HÜSEYNZADƏNİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” NƏŞR EDİLMİŞDİR

Gunaz.tv
ƏLİBƏY HÜSEYNZADƏNİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” NƏŞR EDİLMİŞDİR AzərTAc xəbər verir ki, “Çaşıoğlu” nəşriyyatında “Azərbaycan ədəbiyyatı” seriyasından XX əsrin əvvəllərində yaşayıb yaratmış Azərbaycanın nəhəng ictimai, siyasi və ədəbi şəxsiyyətlərindən olan Əli bəy Hüseynzadənin “Seçilmiş əsərləri” nəşr edilmişdir. Kitabda hələ sağlığında “Bütün türk dünyasının mücahidi”, “Qafqaz müsəlmanlarının atası” adlandırılan Ə. Hüseynzadənin şeirləri, hekayələri və elmi məqlələri toplanmışdır. Ə. Hüseynzadə görkəmli ideoloq, istedadlı jurnalist, siyasi publisist, filosof, sosioloq olmaqla yanaşı, nasir, şair, dünya ədəbiyyatının bilicisi, ədəbiyyatşünas alim, linqvist, tərcüməçi, rəssam, musiqişünas və həkim kimi də şöhrət qazanmışdı. Ə. Hüseynzadə yaradıcılığında Azərbaycanın müqəddəratı ilə Türkiyənin taleyi bir-birinə möhkəm tellərlə bağlılığı ön plana çəkilmişdir. Kitab bir qrup ziyalının, elm, ədəbiyyat xadimlərinin, redaksiya şurasının və redaksiya heyətinin dəstəyi ilə nəşr olunmuşdur. Kitabın elmi məsləhətçisi akademik Bəkir Nəbiyev, transliterasiya, tərtib, müqəddimə, şərh və izahların müəllifi Ofelya Bayramlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar