SON XƏBƏRLƏR

Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması barədə BMT baş katibini rəsmən məlumatlandırıb

2021.10.20, 07:36
Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması barədə BMT baş katibini rəsmən məlumatlandırıb

Gunaz.tv
Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması barədə BMT baş katibini rəsmən məlumatlandırıb Nyu-York-APA. Rusiyanın BMT-də daimi nümayəndələyinin rəhbəri, səfir Vitali Çurkin prezident Dmitri Medvedevin məktubunu baş katib Pan Gi Muna çatdırıb. APA-nın “Novosti Qruziya” saytına istinadən yaydığı məlumata görə, məktubda Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıdığı bildirilir. Vitali Çurkin məktubun bir surətinin hələ səhər saatlarında BMT baş katibinə çatdırıldığını bildirib. BMT-də keçirdiyi mətbuat konfransında səfir ölkəsinin xarici siyasət idarəsinin bu faktla bağlı rəsmi mövqeyini də jurnalistlərə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar