SON XƏBƏRLƏR

AZƏRBAYCAN GƏLƏCƏKDƏ DƏ REGİONDA LİDERLİYİ ƏLDƏN VERMƏYƏCƏKDİR

2021.10.20, 07:36
AZƏRBAYCAN GƏLƏCƏKDƏ DƏ REGİONDA LİDERLİYİ ƏLDƏN VERMƏYƏCƏKDİR

Gunaz.tv
AZƏRBAYCAN GƏLƏCƏKDƏ DƏ REGİONDA LİDERLİYİ ƏLDƏN VERMƏYƏCƏKDİR Azərbaycanın siyasəti belə davam edərsə, gələcəkdə də regionda liderliyi əldən verməyəcəkdir. Azərbaycan öz siyasətini düzgün qurmuşdur və bunun nəticəsində Qərbin diqqət mərkəzindədir. AzərTAc xəbər verir ki, bu sözləri Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədri Stefan Qoris demişdir. S.Qoris bildirmişdir ki, Azərbaycanın xarici siyasəti, bölgədəki rolu, Cənubi Qafqazın strateji mövqeyi, eləcə də regionun stabilliyi kimi məsələlər bu əraziyə daha çox diqqət yönəltməyi tələb edir. Qərbi Avropa İttifaqı Parlament Assambleyasının müxtəlif ölkələri təmsil edən nümayəndə heyəti Xəzər hövzəsindəki vəziyyəti müzakirə etmək üçün bu ilin sentyabrında regiona səfər edəcəkdir. Məqsəd Xəzər regionu haqqında Avropanın geniş auditoriyasını məlumatlandırmaq və bölgədəki problemlərin həlli yollarına töhfə verməkdir. Səfərin sonunda “Xəzər dənizi və Avropanın təhlükəsizliyi ” mövzusunda məruzə hazırlanacaq və Assambleyaya təqdim olunacaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar