SON XƏBƏRLƏR

Rusiya təyyarələri Ermənistana Azərbaycan ərazisindən uçur

2021.10.20, 07:36
Rusiya təyyarələri Ermənistana Azərbaycan ərazisindən uçur

Gunaz.tv
Rusiya təyyarələri Ermənistana Azərbaycan ərazisindən uçur rus-ermen-teyy.jpg Gürcüstan rus təyyarələrinə xidmət göstərməkdən imtina edib Gürcüstan aeronaviqasiya xidməti Rusiyanın “Volqaaviaeksport” aviaşirkətinin Volqoqrad-İrəvan reysi ilə üçan təyyarəsinə xidmət göstərməkdən imtina etdiyin görə, təyyarə Ermənistana Azərbaycan ərazisindən uçub. Lent.az-ın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan təyyarələri Rusiyaya Gürcüstan ərazisindən keçməklə uçuşları davam etdirirlər. Rusiya tərəfi bildirir ki, təyyarənin pilotları Tiflisin imtinasından sonra İrəvana Azərbaycan ərazisindən uçmaq barədə qərar qəbul ediblər. Gürcüstan avianaviqasiya xidməti onlara hava məkanından istifadənin məhdudlaşdırılması ilə bağlı rəsmi informasiya verməyib. Qeyd edək ki, məhdudiyyət Cənubi Osetiya uğrunda döyüşlər zamanı tətbiq edilib və sonradan aradan qaldırılıb. Rusiyanın hava hərəkətinin təşkili Dövlət korporasiyası gürcü tərəfinə bununla bağlı rəsmi sorğu göndərdiyini, lakin müraciətə cavab verilmədiyini bildirib. “Aeroflot”un İrəvan nümayəndəliyindən bildiriblər ki, şirkət hələ avqustun 9-da Gürcüstan ərazisindən hava uçuşlarını dayandırıb. Öz növbəsində “Armavia”nın mətbuat katibi Nana Avetisova Ermənistan təyyarələrinin Gürcüstanın hava məkanından istifadəsi ilə bağlı problem yaranmadığını vurğulayıb: “Armavia”nın təyyarələri Gürcüstanın hava məkanından istifadə etməklə Rusiyaya uçuşları davam etdirirlər”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar