SON XƏBƏRLƏR

Makkeyn reytinqdə Obamanı üstələdi

2021.10.20, 07:36
Makkeyn reytinqdə Obamanı üstələdi

Gunaz.tv
Makkeyn reytinqdə Obamanı üstələdi ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Con Makkeyn Demokrat Partiyasının namizədi Barak Obama ilə mübarizədə ilk dəfə önə çıxıb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, “Gallup”un keçirdiyi sorğu Makkeyni seçicilərin 46, Obamanı isə 44 faizinin dəstəklədiyini göstərib. İctimai rəy sorğusu Obamanın vitse-prezident postuna Cozef Baydenin namizədliyini irəli sürməsindən sonra – 23-25 avqust tarixində keçirilib. Mütəxəssislər qeyd edirlər ki, ötən seçkilərdəki ənənəyə zidd olaraq Obamanın Baydenin namizədliyini elan etməsi onun populyarlığının artmasına deyil, aşağı düşməsinə gətirib çıxarıb. Onların fikrincə, Baydenin seçilməsi Hillari Klintonun namizəd olacağını gözləyən seçiciləri pərt edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar