SON XƏBƏRLƏR

Obamanı öldürmək istəyən 4 nəfər həbs olunub

2021.10.20, 07:36
Obamanı öldürmək istəyən 4 nəfər həbs olunub

Gunaz.tv
Obamanı öldürmək istəyən 4 nəfər həbs olunub obama.jpg ABŞ Demokrat Partiyasının qurultayının keçirildiyi Denver şəhərində dörd nəfər həbs olunub. APA-nın məlumatına görə, saxlanan şəxslərin prezidentliyə namizəd Barak Obamaya sui-qəsd hazırladığı ehtimal olunur. Polisin məlumatına görə, sui-qəsdin avqustun 28-də Obamanın stadionda çıxışı zamanı həyata keçirilməsi planlaşdırılıb. Terrorçu Obamanı snayper tüfəngi ilə vurmağa hazırlaşırmış. Saxlanan şəxslərdən biri artıq polisə ifadəsində cinayəti etiraf edib. Obamanı qətlə yetirməyə hazırlaşanların irqçi təşkilatların üzvü olduğu güman edilir. Təhqiqata ölkənin birinci şəxslərinin təhlükəsizliyini təmin edən ABŞ Məxfi Xidmətinin əməkdaşları da cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar