SON XƏBƏRLƏR

Vasili istratov: “Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın əvvəllər bəyan etdiyi mövqeyində dəyişiklik yoxdur”

2021.10.20, 07:36
Vasili istratov: “Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın əvvəllər bəyan etdiyi mövqeyində dəyişiklik yoxdur”

Gunaz.tv
Vasili istratov: “Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın əvvəllər bəyan etdiyi mövqeyində dəyişiklik yoxdur” vasili-istratov-mk.jpg “Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasına heç bir təsir göstərməyəcək”. APA-nın məlumatına görə, bu bəyanatla Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov çıxış edib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəllər bəyan etdiyi mövqeyində heç bir dəyişiklik yoxdur. Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması çətin, məcburi, lakin indiki situasiyada yeganə mümkün qərardır. Bu qərar Gürcüstan hakimiyyət orqanlarının avqustun 8-də Cənubi Osetiyaya qarşı başladığı hərbi əməliyyatla bağlı konkret situasiyanın məhsuludur. Prezidentlər Dmitri Medvedevlə İlham Əliyev arasında iyulda imzalanmış bəyannamə heç bir halda qüvvəsini itirməyəcək”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar