SON XƏBƏRLƏR

Fransa Rusiyanı “qanundankənar” elan etdi

2021.10.20, 07:36
Fransa Rusiyanı “qanundankənar” elan etdi

Gunaz.tv
Fransa Rusiyanı “qanundankənar” elan etdi Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Abxaziya VƏ Cənubi Osetiyanın müstəqilliyini tanımaqla beynəlxalq hüquqdan kənarda qaldığını bəyan edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla xarici işlər naziri Bernar Kuşner çıxış edib. Nazir təkcə Avropa Birliyinin deyil, dünya ölkələrinin və beynəlxalq təşkilatların nöqteyi-nəzərini ifadə etdiyini vurğulayıb: “Biz beynəlxalq hüququn, təhlükəsizlik və əməkdaşlıq barədə Avropa razılaşmasının, BMT qətnamələrinin bu şəkildə pozulmasını qəbul edə bilmərik. Biz başqasının ərazisinin silah gücünə tutulmasını da dəstəkləməyəcəyik”. Fransa xarici işlər naziri Rusiyanın Ukrayna və Moldovaya münasibətdə Cənubi Osetiya təcrübəsini təkrar edəcəyini də istisna etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar