SON XƏBƏRLƏR

Rusiya Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurur

2021.10.20, 07:36
Rusiya Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurur

Gunaz.tv
Rusiya Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurur Rusiya prezidenti Dmitri Medvedev Xarici İşlər Nazirliyinə Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmaq barədə göstəriş verib. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yaxın günlərdə Moskva və separatçı ərazilər arasında dostluq, əməkdaşlıq və qarşılıqlı münasibətlər barədə razılaşma imzalanacaq. Bundan əlavə, Rusiya ordusunun Abxaziya və Cənubi Osetiya liderlərinin xahişi ilə bu ərazilərdə qalması barədə qərar qəbul edilib. Hələlik rus hərbçilərinin Abxaziya və Cənubi Osetiyadan nə zaman çıxacağı dəqiqləşdirilməyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar