SON XƏBƏRLƏR

Ukrayna Rusiyanı “işğalçı” adlandırdı

2021.10.20, 07:36
Ukrayna Rusiyanı “işğalçı” adlandırdı

Gunaz.tv
Ukrayna Rusiyanı “işğalçı” adlandırdı ukr-dip-sef.jpg Kiyev Gürcüstana görə Moskvaya diplomatik səfəri təxirə saldı Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına etiraz olaraq bu ölkəyə diplomatik səfəri təxirə salıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna xarici işlər nazirinin birinci müavini səlahiyyətlərini icra edən Yuri Kostenkonun başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilməliymiş. Ukrayna XİN-nin mətbuat xidməti xüsusi bəyanatlı çıxış edərək Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın ayrılmaz hissəsi olduğunu qeyd edib: “Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması beynəlxalq hüquq normalarının, ikitərəfli və çoxtərəfli razılaşmaların kobud şəkildə pozulmasıdır. Bu addım BMT Nizamnaməsinə, 1975-ci il Helsinki razılaşmasına, eləcə də MDB nizamnaməsinə ziddir. Adları çəkilən Gürcüstan ərazilərinin tanınması faktiki ilhaq və avantüradır”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar