SON XƏBƏRLƏR

Rusiya-Amerika münasibətləri Gürcüstan böhranı prizmasında

2021.10.20, 07:36
Rusiya-Amerika münasibətləri Gürcüstan böhranı prizmasında

Gunaz.tv
Rusiya-Amerika münasibətləri Gürcüstan böhranı prizmasında 20080416151701georgia_map203.gif Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya proqramının rəhbəri Endryu Kuçins BBC radiosuna müsahibədə Amerika Birləşmiş Ştatlarının Rusiya diplomatiyasını tənqid edib: Cavab: Zənn etmirəm ki, ruslar Qərblə uzunmüddətli qarşıdurma istəyirlər. Lakin onlar Qərbə və Vaşinqtona belə bir aydın mesaj göndərmək istəyirlər - belə bir ismarıc ki, "siz, neçə illərdi ki, bizim milli maraqlarımıza hörmət etmirsiniz. Qırmızı xəttlər var ki, onları keçsəniz, nəticələri ilə qarşılaşacaqsınız." Amma məsələ burasındadır ki, Rusiya uzun müddət deyirdi ki, NATO-nun genişlənməsinin birinci mərhələsi həmin qırmızı xətti keçmək demək olacaq. NATO genişləndi, amma heç nə baş vermədi. Genişlənmənin ikinci mərhələsi də eyni cür oldu, ancaq bu dəfə vəziyyət tam başqadır və son iki həftə ərzində baş verənlər tam fərqli bir mənzərə yaratmış olur. Sual: Nəyə görə Amerika liderləri Moskvaya getmirlər? Kondoliza Rays Gürcüstana səfər etdi, indi isə Dik Çeyni Gürcüstana baş məkməyə hazırlaşır. Avropalılardan fərqli olaraq, amerikalılar ruslarla birbaşa danışıqlar barədə düşünmürlər... Cavab: Mən bu sualın cavabını bilmirəm. Mənim özüm üçün də bu, xeyli müəmmalı bir məsələdir. Belə görünür ki, bu, Amerika tərəfindən diplomatiyanın olmamasıdır. Belə məlumat var ki, dövlət katibi Kondoliza Rays Rusiyanın xarici işlər naziri Sergey Lavrovla son 10 gün ərzində yalnız bir dəfə danışıb. Məncə, bu, bizim tərəfimizdən çox balanssız bir hərəkətdir. Bu isə xüsusilə, Amerika Birləşmiş Ştatlarında insanların bunun birtərəfli münaqişə olması nəticəsinə gəlməsinə şərait yaradır. Sual: Hal-hazırda Rusiya-Amerika münasibətlərinin səviyyəsini necə qiymətləndirmək olardı? Cavab: Çox pis. Amerika-Rusiya münasibətləri bu Gürcüstan münaqişəsindən əvvəl belə, son bir neçə il ərzində gərginləşib. Sözsüz ki, bu münaqişə münasibətlərə son 10 ildə ən böyük bir zərbə vurmuş oldu. Bu münasibətlərin haraya aparacağı bizim bundan sonra necə davam etməyimizdən asılı olacaq. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar