SON XƏBƏRLƏR

Türkiyənin Bitlis və Mardin vilayətlərində dünəndən həyata keçirilən əməliyyatda 17 terrorçu öldürülüb

2021.10.20, 07:36
Türkiyənin Bitlis və Mardin vilayətlərində dünəndən həyata keçirilən əməliyyatda 17 terrorçu öldürülüb

Gunaz.tv
Türkiyənin Bitlis və Mardin vilayətlərində dünəndən həyata keçirilən əməliyyatda 17 terrorçu öldürülüb turkiye_bitlis_00.jpg Türkiyə təhlükəsizlik qüvvələri isə 5 şəhid verib Türkiyə PKK terrorçularına qarşı mübarizəni davam etdirir. Türkiyə Silahlı Qüvvələri baş qərargahının yaydığı məlumata görə, ölkənin Bitlis və Mardin vilayətlərində dünəndən həyata keçirilən əməliyyatda 17 terrorçu öldürülüb, 1 terrorçu isə sağ olaraq ələ keçirilib. Türkiyə təhlükəsizlik qüvvələri isə 5 şəhid verib. Bundan başqa, terrorçuların dəmiryolu xəttini minalaması nəticəsində Şanlıurfa-Qaziantep marşrutu üzrə hərəkət edən qatarın hərəkətində fasilə yarandığı bildirilir. Belə ki, qatarın maşınisti dəmiryolu xəttinin yaxınlığında şübhəli paket aşkar edib. Əraziyə çağırılan mina təmizləyənlər dəmiryolu xətti yaxınlığında basdırılmış 7 ədəd tank əleyhinə minanı zərərsizləşdiriblər./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar