SON XƏBƏRLƏR

Ermənistanın İctimai televiziyası ilə TRT əməkdaşlıq barədə sənəd imzalayıb

2021.10.20, 07:36
Ermənistanın İctimai televiziyası ilə TRT əməkdaşlıq barədə sənəd imzalayıb

Gunaz.tv
Ermənistanın İctimai televiziyası ilə TRT əməkdaşlıq barədə sənəd imzalayıb antena_27.jpg Sənəddə əsasən Ermənistan və Türkiyə haqqında televiziya və radio verilişlərinin təşkili, iki ölkə arasında təcrübə mübadiləsi nəzərdə tutulur Ermənistanın İctimai Teleradio Şurasının sədri Aleksan Arutyunyan və Türkiyənin TRT teleşirkətinin baş direktoru İbrahim Şahin Ankarada əməkdaşlıq barədə sənəd imzalayıblar. Sənəddə əsasən Ermənistan və Türkiyə haqqında televiziya və radio verilişlərinin təşkili, iki ölkə arasında təcrübə mübadiləsi nəzərdə tutulur. Bu barədə "Novosti-Armeniya" agentliyi məlumat yayıb. TRT-nin baş katibi Əli Kemoğlu Oğlu erməni nümayəndə heyəti ilə görüşdə qeyd edib ki, onların ölkəsində ilk dəfə radioverilişinin translyasiyasını 1970-ci ildə İstanbul erməniləri təşkil ediblər. Onun sözlərinə görə, Türkiyə hələ də bu faktı xatırlayır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar