SON XƏBƏRLƏR

Samtse-Cavahetiyada erməni separatizmi kəskinləşir

2021.10.20, 07:36
Samtse-Cavahetiyada erməni separatizmi kəskinləşir

Gunaz.tv
Samtse-Cavahetiyada erməni separatizmi kəskinləşir Ermənilər yenidən Gürcüstanın federal dövlətə çevrilməsi tələbini irəli sürməyə başlayıblar Göytürk Samtse-Cavahetiyanın erməni təşkilatları Gürcüstanın yeganə inkişaf variantının federativ əsaslı dövlətin yaradılmasında görürlər. Belə bir bəyanatla Samtse-Cavahetiya və Kvemo Kartlinin erməni ictimai təşkilatları çıxış ediblər. Ermənistanın əksər internet qəzetlərinin yaydığı bəyanatda deyilir: "İndi hərbi əməliyyatlar dayandırılıb, hərbi vəziyyət əvvəlki status-kvoya qayıdır, düşmən tərəflər və beynəlxalq ictimaiyyət yaranmış vəziyyətdən çıxış yolu axtarır. Hadisələr göstərdi ki, ərazi bütövlüyünün və güclü hakimiyyətin hərbi yolla bərpası zamanı ilk növbədə mülki şəxslər əziyyət çəkir. Oxşar hərəkətlər zamanı müsbət nəticələr olmur, əksinə ən ciddi siyasi nəticələr ortaya çıxır. İctimai təşkilatların nümayəndələri Gürcüstanın gələcəyi barədə narahatlıq keçirir. Ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün dövlət quruluşu dəyişməlidir, Gürcüstan mərkəzi hakimiyyətdən və ərazi vahidlərindən ibarət federal dövlətə çevrilməlidir. Ermənilərin məskunlaşdığı Samtse-Cavaheti bölgəsinə Federal Gürcüstanın tərkibində suveren obyekt hüquq verilməlidir. İctimai asayişin qorunması, mədəniyyət, sosial-iqtisadi siyasət, ətrafi mühitin mühafizəsi kimi məsələlərdə federal hakimiyyətlə yerli hakimiyyətin səlahiyyətləri bölünməlidir. Konstitusiya ilə Samtse-Cavahetiya bölgəsində erməni dilinə dövlət dili statusu təminatı verilməlidir. Eyni zamanda Samtse-Cavahetiya bölgəsinin nümayəndələri Gürcüstanın qanunvericilik, icra və məhkəmə orqanlarında təmsilçiliyi məcburi xarakter daşımalıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar