SON XƏBƏRLƏR

96 NƏFƏR ƏFV OLUNDU. ONLARIN ARASINDA RASİM ƏKBƏROV, RƏSUL QULİYEVİN QOHUMU BAYRAM QULİYEV DƏ VAR

2021.10.20, 07:36
96 NƏFƏR ƏFV OLUNDU. ONLARIN ARASINDA RASİM ƏKBƏROV, RƏSUL QULİYEVİN QOHUMU BAYRAM QULİYEV DƏ VAR

Gunaz.tv
96 NƏFƏR ƏFV OLUNDU. ONLARIN ARASINDA RASİM ƏKBƏROV, RƏSUL QULİYEVİN QOHUMU BAYRAM QULİYEV DƏ VAR rasimekberov_1.jpg Rasim Əkbərov Bu gün prezident İlham Əliyev 96 nəfərin əfv olunması haqda fərman imzalayıb. «Media forum» saytı xəbər verir ki, fərmana əsasən, 76 məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilərək əfv olunub. Onların arasında siyasi məhbus hesab olunan şəxslər, o cümlədən keçmiş briqada komandiri Rasim Əkbərov və eks-spiker Rəsul Quliyevin qardaşı oğlu Bayram Quliyev də var. Əfv siyahısına azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, amma cəzasının çəkilməsi təxirə salınmış şəxslər (4 nəfər), azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər (10 nəfər), islah işləri cəzasına məhkum edilmiş şəxslər (3 nəfər) və cərimə cəzasına məhkum edilənlər (3 nəfər) də salınıb. Əfv edilənlərin arasında jurnalistlər yoxdur. Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, həbs ediləndə bu fəxri adı ləğv olunub. O, 8 il əvvəl tutulub, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Bayram Quliyev 2001-ci ildə tutularaq dövlət əmlakını külli miqdarda mənimsəməkdə günahlandırılıb və 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar