SON XƏBƏRLƏR

DMİTRİ MEDVEDYEV CƏNUBİ OSETİYA və ABXAZİYANIN TANINMASINI NECƏ İZAH EDİB? (Rusiya prezidentinin bəyanatının tam mətni)

2021.10.20, 07:36
DMİTRİ MEDVEDYEV CƏNUBİ OSETİYA və ABXAZİYANIN TANINMASINI NECƏ İZAH EDİB? (Rusiya prezidentinin bəyanatının tam mətni)

Gunaz.tv
DMİTRİ MEDVEDYEV CƏNUBİ OSETİYA və ABXAZİYANIN TANINMASINI NECƏ İZAH EDİB? (Rusiya prezidentinin bəyanatının tam mətni) medvedyev_chixish2.jpg Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Rusiya prezidenti bununla bağlı bəyanatla çıxış edib. Onun bəyanatı ölkə televiziyası ilə yayımlanıb. «Media forum» saytı D.Medvedyevin çıxışını tam həcmdə tərcümə edərək oxucuların diqqətinə çatdırır. «Hörmətli Rusiya vətəndaşları! Siz, sözsüz ki, Cənubi Osetiya faciəsindən xəbərdarsınız: gürcü qoşunlarının Sxinvalini gecə atəşə tutması bizim yüzlərlə dinc sakinin ölümünə səbəb oldu, qadınları, uşaqları, qocaları sona qədər müdafiə edən Rusiya sülhməramlıları həlak oldu. Gürcüstan rəhbərliyi BMT-nin nizamnaməsini, beynəlxalq sazişlər üzrə öhdəliklərini pozaraq sağlam düşüncəyə zidd bir hərbi münaqişə törətdi, nəticədə dinc sakinlər qurban getdi. Abxaziyanı da belə bir tale gözləyirdi. Aydındır ki, Tbilisidə dünya birliyini fakt qarşısında qoyacaq ildırım sürətli müharibəyə ümid edirdilər. Məqsədə çatmaq üçün ən qeyri-insani vasitə seçilmişdi – Cənubi Osetiyanı bütöv bir xalqı məhv etmək hesabına Gürcüstana birləşdirmək. Bu heç də birinci cəhd deyildi. 1991-ci ildə Gürcüstan prezidenti Qamsaxurdiya «Gürcüstan - gürcülər üçün» devizi ilə – bu sözə fikir verin – Suxumi və Sxinvalini zəbt etmək əmrini vermişdi. O vaxt bu, minlərlə adamın qətlə yetirilməsi, on minlərlə adamın qaçqın düşməsi, kəndlərin dağıdılması ilə nəticələndi. Məhz Rusiya o zaman abxaz və osetin xalqlarının tam məhvinin qarşısını aldı. Ölkəmiz məsələnin siyasi tənzimlənməsinə çalışaraq vasitəçi və sülhməramlı oldu. Biz həmişə Gürcüstanın ərazi bütövlüyünü tanımaq mövqeyində dururduq. Gürcü rəhbərliyi başqa yolu seçdi: danışıq prosesinin kəsilməsi, əldə olunmuş razılıqlara etinasızlıq, siyasi və hərbi təxribatlar, sülhməramlılara hücumlar – bütün bunlar münaqişə zonasında ATƏT və BMT-nin dəstəyi ilə yaradılmış nizamı pozurdu. Rusiya təmkin və səbr nümayiş etdirirdi. Biz dəfələrlə danışıq masası ətrafına qayıtmağa çağırır, Kosovonun müstəqilliyinin birtərəfli tanınmasından sonra belə öz mövqeyimizdən əl çəkmirdik. Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək haqda saziş imzalamaq üçün gürcü tərəfinə israrla irəli sürdüyümüz təkliflərimiz isə cavabsız qaldı. Təəssüf ki, onları NATO da, hətta BMT də etinasız qarşıladı. İndi aydındır: münaqişənin sülh yolu ilə həll olunması Tbilisinin planlarına daxil deyildi – gürcü rəhbərliyi müntəzəm müharibəyə hazırlaşır, xarici himayədarların siyasi və maddi dəstəyi isə yalnız cəzasızlıq hissini gücləndirirdi. 2008-ci il avqustun 8-də Tbilisi öz seçimini etdi: Saakaşvili öz siyasi məsələlərini həll etmək üçün soyqırım yolunu seçdi. Beləliklə, o, osetinlərin, abxazların və gürcülərin bir dövlətdə sülh şəraitində yaşamasına olan bütün ümidləri öz əli ilə puça çıxardı. Cənubi Osetiya və Abxaziya xalqları dəfələrlə keçirilən referendumlarda öz respublikalarının müstəqilliyini dəstəkləyiblər. Biz başa düşürük ki, Sxinvalidə baş verən, Abxaziyaya qarşı isə planlaşdırılan hadisələrdən sonra Cənubi Osetiya və Abxaziya xalqlarının öz talelərini həll etmək hüququ var. Cənubi Osetiya və Abxaziya prezidentləri referendumların nəticələrinə istinad edərək Rusiyadan bu respublikaların müstəqilliklərini tanımağı xahiş ediblər. Federasiya Şurası və Dövlət Duması onların müraciətlərinə səs verib. Yaranmış vəziyyətdən çıxış edərək qərar qəbul olunması zəruridir. Osetin və abxaz xalqlarının öz iradələrini azad ifadə etdiyini nəzərə alaraq, BMT nizamnaməsinin müddəalarını, 1970-ci ildə qəbul olunan dövlətlərarası dostluq əlaqələrinə aid beynəlxalq hüquq prinsipləri haqqında bəyannaməni, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1975-ci ildə qəbul etdiyi Helsinki Yekun Aktını və digər beynəlxalq sənədləri rəhbər tutaraq mən Rusiya Federasiyasının Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliklərini tanıması barədə fərman imzalamışam. Rusiya digər dövlətləri ondan nümunə götürməyə çağırır. Bu, asan seçim deyil, amma insanların həyatını xilas etmək üçün yeganə imkandır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar