SON XƏBƏRLƏR

Rusiyaya qarşı təzyiqlər artır

2021.10.20, 07:36
Rusiyaya qarşı təzyiqlər artır

Gunaz.tv
Rusiyaya qarşı təzyiqlər artır moskva.jpg Ötən gün Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması barədə verdiyi bəyanat dünya ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanb. Fransanın xarici işlər naziri Bernard Kuşner bu qərarın qəbul olunmasından təssüfləndiyini bildirib. O, «Frans - 2» televiziya kanalına verdiyi müsahibədə Osetiyanın gürcülərdən təmizlənəcəyindən ehtiyyatlandığını dilə gətirib. Xarici işlər naziri bildirib ki, Rusiya ordusu Ahalqori şəhərindən gürcüləri qovmaq niyyətindədir. O, hesab edir ki, hadisələrin bu məcrada inkişafı qəbulolunmazdır. Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend isə Rusiya əlehinə koalisiyanın yaradılmasını təklif edib. Britaniya rəsmisi koalisiyanın yalnız siyasi vasitələrlə Rusiyaya təzyiq göstərəcəyini bildirib. Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş da avropalı həmkarlarının fikirlərini dəstəkləyib. Ağ Ev rəhbəri Rusiyanın separatçi rejimləri tanımasından təəsüfləndiyini bildirib. Corc Buş hesab edir ki, bu qərarı qəbul etməklə Rusiya özünün də imzaladağı bir sıra beynəlxalq razılaşmaları pozur. Bütün bunları nəzərə alaraq demək olar ki, dünya ölkələri separatçı rejimləri tanımayacaq və Rusiyaya qarşı təzyiqlər artacaq. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar