SON XƏBƏRLƏR

Pxenyan: "ABŞ bizi aldatdı"_Şimali Koreya nüvədən əl çəkməyəcək

2021.10.20, 07:36
Pxenyan: "ABŞ bizi aldatdı"_Şimali Koreya nüvədən əl çəkməyəcək

Gunaz.tv
Pxenyan: "ABŞ bizi aldatdı" Şimali Koreya nüvədən əl çəkməyəcək Şimali Koreya rəhbərliyi ölkənin nüvə kompleksinin sıradan çıxarılması ilə bağlı aparılan işləri dayandırıb. Bu, ABŞ-ın verdiyi vədlərə rəğmən, ölkəni beyneəlxalq terrorizmi dəstəkləyən dövlətlər siyahısıdan hələ də çıxarmaması ilə bağlıdır. Şimali Koreyanın XİN-nin rəsmi nümayəndəsi bildirib ki, Yonbendəki nüvə reaktorunun yenidən işlək vəziyyətə çatdırılması üçün gərəkli işlər müzakirə olunur. Şimali Koreya, Cənubi Koreya, Yaponiya, Çin və Rusiyanın iştirakı ilə aparılan danışıqlarda 2007-ci ilin oktyabr ayında əldə edilən razılaşmaya görə, Pxenyan bir il ərzində bütün nüvə obyektlərini sıradan çıxararaq həyata keçirdiyi nüvə proqramı barədə digər tərəflərə tam məlumat verməyə boyun olmuşdu. Buna cavab olaraq Şimali Koreyaya qarşı tətbiq edilən bir çox beynəlxalq sanksiyalar dayandırılmalı, ölkəyə iqtisadi yardımlar göstərilməliydi. Lakin avqustun 11-də ABŞ-ın dövlət katibi Kondoliza Rays Yaponiyanın XİN başçısı Masahiko Komura ilə görüşündə bildirib ki, Şimali Koreya beynəlxalq terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar