SON XƏBƏRLƏR

Qafqazda böyük savaşın nəfəsi duyulur

2021.10.20, 07:36
Qafqazda böyük savaşın nəfəsi duyulur

Gunaz.tv
Qafqazda böyük savaşın nəfəsi duyulur Rusiya Dumasının sensasion qərarı Rusiya Dövlət Duması dünyanı çoxdan düşündürən qərarı qəbul etdi. Duma Abxaziya və Güney Osetiyanın müstəqilliyini tanıdı. Abxazlar və osetinlər Dumadakı çıxışları zamanı bunun tarixi bir qərar olduğunu vurğuladılar. Prezident Dmitriy Medvedyev isə Soçidə istirahətdə olarkən hər iki müstəqillik qərarını tanıyacağına açıq işarə verdi. Üstəlik, Rusiya prezidenti ərazisində münaqişə olan digər postsovet ölkələrini xəbərdar etdi. O, Moldova prezidenti Varoninlə görüşündə Güney Osetiya və Abxaziyada baş verənlərin dondurulmuş münaqişəsi olan digər ölkələrə açıq bir xəbərdarlıq olduğunu qeyd etdi. Müşahidəçilər bunu Rusiyanın birmənalı olaraq zor tətbiq etməyə və qonşu ölkələrin ərazisini işğal etməyə hazır olduğunu nümayiş etdirməsi kimi dəyərləndirirlər. Doğurdan da Qafqazda faktiki olaraq yeni geosiyasi situasiya formalaşır. Rusiya bu məkandakı separatçı rejimləri artıq açıq və hərbi güc işlətməklə müdafiə edir. Rəsmi Moskva bununla Qərbə burada öz maraqlarını daha israrla müdafiə edəcəyini bildirir. Qafqazda vəziyyətin bu cür dəyişməsi çox mürəkkəb bir durum formalaşdırır. Bu arada ABŞ hərbi gəmilərinin Qara dənizə toplaşmasına Kreml kəskin reaksiya verib. Ruslar Potiyə tam nəzarət edirlər və Gürcüstanın Qərb hissəsində hərbi qüvvələrini saxlamaqda davam edirlər. Ruslar müharibəyə hazır olduqlarını hər addımda nümayiş etdirirlər. Prezident D.Medvedyev NATO-dan çəkinmədiklərini açıq bildirib. O, Soçidə deyib ki, NATO ilə əməkdaşlıq Rusiyaya yox, bu quruma üzv dövlətlərə lazımdır. Əgər istəyirlərsə, biz bütün əməkdaşlıq yollarını bağlaya bilərik. Bununla Rusiyanın NATO ilə müharibəyə belə gedə biləcəyini təxmin etmək olar. Təbii ki, bu, dünya üçün olduqca təhlükəli bir gedişmədir. Bu qarşıdurmanın hansı səviyyəyə qədər gedəcəyini demək çətindir. ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Tbilisiyə səfəri bütün bunların fonunda diqqətləri çəkir. Çeyni Gürcüstana ABŞ-ın tam dəstəyini ifadə etmək üçün ora gedir. Rusların fikrinə görə, bunun arxasında Amerikanın Gürcüstana hərbi yardımını artırmaq durur. Gürcüstanın hərbi gücünün yenidən artırılacağı təqdirdə onu məhv edəcəklərini ruslar bildiriblər. Bu məqam üzərində Qərblə Rusiyanın toqquşması ehtimalının artdığını demək olar. Qafqazda Rusiya-Qərb qarşıdurmasının daha kəskin şəkil aldığının göstəricilərindən biri də Kondoliza Raysın Polşada raketdənmüdafiə sistmeni yerləşdirmələrini Rusiyaya göz dağı olduğu haqqında fikir söyləməsi əks etdirir. Amerikanlar hesab edirlər ki, Gürcüstana müdaxilə etməklə ruslar Polşa olayını "qazandılar". Deməli, bir az da qabağa getsələr, yeni addımlarla rastlaşa bilərlər. O sırada Ukrayna məsələsi maraq doğurur. Ukraynanın prezidenti Viktor Yuşşenko son çıxışında açıq deyib ki, hər an Rusiyanın hücumuna məruz qala bilərlər. Ancaq Ukrayna ordusunun bu hücumu dəf teməyə hazır olmasını da vurğulayırlar. Buna baxmayaraq Yuşşenko çıxış yolunun tezliklə NATO-ya üzv olmaqdan ibarət olduğu qənaətindədir. Kreml buna çox sərt reaksiya verib. "Qohum" və "qardaş" Ukraynanın rusları Qərbə satdığını KİV-də açıq yazırlar. Ukrayna istiqamətində durumun bu gərginliyə çatması Qafqaz istiqamətində rəqiblərin daha gərgin şəkildə bir-birinə qarşı durduğunu şərtləndirir. Bunlar onu göstərir ki, Gürcüstan böhranı səngimir. Əksinə, o, yeni müstəvidə gərginliyi daha da artır. Gürcülər də aldıqları zərbələrdən çox pis vəziyyətə düşüblər və onlar qisas barədə daha çox düşünürlər. Keçən əsrin 90-cı illərindən fərqli olan cəhət budur ki, Qərb indi hərbi gücünü bölgəyə yığır. Rusiya artıq buralarda təkbaşına at oynada bilməyəcək. Hər bir halda onun hərəkətləri Qafqaza Qərb qoşunlarının gətirilməsi ilə yekunlaşır. Hələlik humanitar yardım adı altında hərbi gəmilər Gürcüstan sahillərinə yanaşırlar, sonra isə hansı gücün nümayiş etdiriləcəyini zaman göstərəcək. Beləliklə, Qafqazda dünyanın böyük gücləri savaşa girə bilərlərmiğ Bizcə, artıq onun ilk səhnəsi başlayır. Aktiv hərbi əməliyyatlar mərhələsi ola bilsin ki, yaxın zamanlarda olmasın. Lakin Rusiya Dumasının qəbul etdiyi qərardan sonra alovun alışması an məsələsidir. Rusiya Abxaziya və Güney Osetiyanı hərbi qüvvə ilə müdafiə edəcəyini göstərdi. Bəs Qərb Gürcüstanın ərazi bütövlüyünü hansı yolla bərpa edəcəkğ Ruslar hansı seçimə yol qoyurlarğ Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar