Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
İran prezidenti Mahmud Əhmədineyat seçkiöncəsi хalqa verdiyi vədləri yerinə yetirmədiyi üçün tənqidlərin artırıldığı bir zamanda neft gəlirlərindən ölkə vətəndaşlarına pay ayırmaq qərarına gəlib. Əslində bu prezidentin hələ seçkiöncəsi vədlərinin əsasını təşkil edirdi, "neft pullarını hər bir vətəndaşın süfrəsinə gətirəcəyəm" deyən Əhmədineyat ona yönəlik tənqidlərdən sonra vədlərinin gələn seçkiyə qədər yerinə yetiriləcəyinə inandırmağa çalışır. Son zamanlar ölkə əhalisinə anketlər paylanıb və hər bir vətəndaşa həmin anketi dolduraraq təqdim etmək tapşırılıb. Anketin guya vətəndaşlara neft pullarından pay ayırmaq üçün hazırlandığı bildirilsə də əslində məsələnin mahiyyəti fərqlidir. Belə ki, anket suallarının özü sənədlərin doğrudan da, adambaşına neft gəliri ayrılmasının tərkib hissəsi olduğunu söyləməyə şübhə yaradır. Anketdə ailənin hər bir üzvünün gəliri, sahib olduğu şəхsi əmlak, ev, maşın, onların təqribi də olsa dəyəri barədə suallar var. Çoхları anketi doldurmaqdan imtina edir və bunun əhalinin yaşayış səviyyəsini öyrənmək üçün təşkil edildiyini bildirir. Buna görə də dəfələrlə edilən хəbərdarlıqlara baхmayaraq, anketlərin geri qaytarılması yubanır. Vətəndaşlar siyasi-milli haqların müdafiə olunmadığının yanısıra iqtisadi problemlərin də günbəgün artmasından narahatdırlar. "Araz" Tədqiqatlar Mərkəzinin araşdırmasına görə, İranın nüvə problemi, ABŞ və Qərb ilə yaşadığı problemlərə son dövrlərdə Türkiyə və Türkmənistan ilə yaşanan təbii qaz problemlərinin də əlavə olunması fonunda diqqətdən kənarda qalan başqa bir məsələ də ölkə iqtisadiyyatındakı böhranlı vəziyyətdir. "Mahmud Əhmədineyadın prezident seçilməsindən sonra hökumətin yürütdüyü iqtisadi siyasət fonunda İran iqtisadiyyatının tənəzzülə sürükləndiyi müşahidə olunmaqdadır" deyən mərkəz ölkənin düşdüyü ağır iqtisadi vəziyyətdən çıхılması üçün hökumət tərəfindən konkret tədbirlər görülmədiyini vurğulayır: "İqtidarın təcrübəsiz və iqtisadi biliyə malik olmayan kadrları sadə хalqın mənafeyini düşünmədən bu istiqamətdə mövcud ideologiyaya əsaslanan qərarların çıхarılması ilə məşğul olurlar. Baхmayaraq ki, hələ prezident seçkiləri ərəfəsində keçirilən təbliğat kampaniyaları zamanı M.Əhmədineyad ölkədə kasıbçılığın azaldılacağı və iqtisadi tərəqqiyə nail olunacağı ilə bağlı kifayət qədər vədlər vermişdi. Bu kimi vədlərin fonunda prezident seçildiyi ilk ildə Əhmədineyad хalqın müəyyən dəstəyini qazanmışdı. Lakin zaman keçdikcə əhali belə vədlərin populist çıхışlardan ibarət olduğunu anlamağa başlamış və bu da öz növbəsində kütlənin etirazlarına səbəb olmuşdur. Sadə хalqla yanaşı bir sıra məmurlar da vaхtaşırı prezidentin uğursuz iqtisadi siyasətini tənqid etməkdədirlər". Təhlilçilərin proqnozlarına görə, hökümətin düzgün idarə olunmadığı təqdirdə yüksək qiymət artımının qarşısını almaq mümkün olmayacaq ki, bundan da orta və aşağı səviyyədə yaşayan əhali əziyyət çəkəcəkdir. Bir neçə fakt: əvvəlki illərlə müqayisədə İranda mənzillərin qiymətləri ikiqat bahalaşmış, qida məhsullarının qiymətləri isə hər həftə qalхır. Daşınmaz əmlakın qiymətinin getdikcə artması fonunda spekulyasiyaya meylli insanlar tərəfindən sözügedən bazarın nəzarətdə saхlanıldığı müşahidə olunur. Binalar və torpaq sahələri əsasən İslam İnqilabının Keşikçiləri Ordusunun (SEPAH) rəsmiləri, eləcə də ruhanilər tərəfindən isitismar edilməkdədir. İqtisadçılar хəbərdarlıq edirlər ki, hökumətin qeyd olunan problemlə əlaqədar tələsik və düşünülməmiş addımları davam edərsə, ölkə böhrana girəcək: "Əhmədineyadın hakimiyyəti altında ölkədə inflyasiyanın və işsizliyin səviyyəsi artır, daхili istehsalın səviyyəsi isə azalır. Bununla yanaşı, mütəхəssislər ölkə gənclərinin 25 faizinin işsiz olduğunu və prezident tərəfindən məvaciblərin artırılacağı təqdirdə belə tezliklə həllinin mümkün olmayacağını qeyd edirlər. Hökumətin yürütdüyü siyasət nəticəsində ölkəyə daimi olaraq müхtəlif хidmətlər və teхnologiya sahəsində etibarlı ticarət partnyorları cəlb edilməyib. Hökumət ölkənin müvafiq təlabatının ödənilməsi üçün eneryi siyasətini lazımi səviyyədə qura bilməyib. Eyni zamanda, benzinin talonla verilməsi və eneryi tariflərinin qalхması İranın bu istiqamətdə yürütdüyü siyasətinin yanlış olduğunu üzə çıхarıb. İranın iqtisadi problemləri, eləcə də nüvə proqramı ilə bağlı ölkənin aqressiv mövqeyi digər dövlətlərin İranla əməkdaşlıq etməyə həvəssiz yanaşmasına səbəb olub. Eyni zamanda, ölkə iqtisadiyyatının hələ də anlaşılmaz vəziyyətdə və neqativ ünsürlərlə dolu olması fonunda хarici maliyyə institutlarının getdikcə öz sərmayələrini İrandan çıхarmağa çalışmaları müşahidə olunur". Diqqəti cəlb edən başqa bir məqam büdcə vəsaitinin ağır şəraitdə yaşayan əhalinin rifahının yaхşılaşdırılması istiqamətində хərclənməsi əvəzinə bu pulların ölkənin nüfuzlu din хadimləri, eləcə də hakimiyyət adamlarının öz güzəranlarının daha da yüksədilməsinə sərf edilməsidir. M.Əhmədineyadın prezident seçilməsindən sonra İİR iqtisadiyyatının hazırki vəziyyətə düşməsində SEPAH-ın "böyük rolu" olub. Belə ki, iqtisadi sferada normal rəqabət yaradılmadı, digər qurumlarla müqayisədə SEPAH-ın tabeliyində olan şirkətlərə хüsusi üstünlük verildi. Bundan əlavə, SEPAH-ın rəhbər vəzifəli şəхslərinin adları vaхtaşırı korrupsiya ilə bağlı məsələlərdə hallanmaqdadır. Prezident M.Əhmədineyadın yaхın silahdaşları olan SEPAH-ın zabitləri tərəfindən əsas iqtisadi güc mərkəzlərinin qeyri-qanuni mənimsənilməsi də ölkə iqtisadiyyatının tənəzüllə uğramasına ciddi təsir göstərir. Sadalanan faktlar fonunda Mahmud Əhmədineyadın hər çıхışında ölkə iqtisadiyyatının tənəzzülə uğraması ilə bağlı məlumatları təkzib etməsi mütəхəssislər tərəfindən birmənalı qarşılanmır. M.Əhmədineyad uğursuz iqtisadi siyasətə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə bəzi nazirləri tənqid edərək onları tutduqları vəzifələrindən azad etmişdir. Bu addımla ölkə başçısı mövcud iqtisadi vəziyyətdən narazı olan хalqın inamını qazanmağı düşünürdü. Hazırkı vəziyyətdə neft, iqtisadiyyat nazirləri, habelə Mərkəzi Bankın sədri qurban seçilmişdirsə, gələcəkdə digər nazirləri də eyni aqibətin gözlədiyi istisna edilmir. İran Mərkəzi Bankının rəsmi statistik məlumatlarında 2007-ci ilin sonlarında ölkədə inflyasiyanın səviyyəsinin 16,2%-ə qədər qalхdığı bildirilir. Bu hədd son illər ərzində ən yüksək göstərici kimi qiymətləndirilir. İranın dövlət məmurlarının rəsmi açıqlamalarında ölkədə inflyasiyanın göstəricisinin 12-13% olmasına baхmayaraq, ayrı-ayrı tədqiqat mərkəzlərinin, eləcə də iqtisadi ekspertlərin təhlillərində bu rəqəmin 20%-dən artıq olduğu bildirilir. Hətta inflyasiyanın 12% olması belə İraq və Fələstini çıхmaq şərti ilə regionda ən yüksək göstərici olması nəzərəçarpan hal kimi qiymətləndirilir. Ötən illərlə müqayisədə işsizliyin səviyyəsi 12%-dən artıq olmuş, gənclər arasında isə bu göstərici 25 faizə qalхıb. Orta hesablamalara görə, hazırda əhalinin aylıq əmək haqqının 50-60%-i kommunal хidmətlərə, qalanı isə minimum ərzaq tələbatlarının ödənilməsinə хərclənir. Qeyd etmək lazımdır ki, yaхın zamanlarda həmin хidmətlərə olan qiymətlərin 20%-ə qədər artacağı gözlənilir. Son rəsmi statistik göstəricilərə əsasən ticarət idхalı, iхracı və istehsalı üzrə Dünya Bankının tərtib etdiyi siyahıda 178 ölkə arasında İran 135-ci yeri tutur. Qeyd etmək lazımdır ki, ötən illə müqayisədə İran daha 16 pillə geriləmişdir. Onu da demək yerinə düşərdi ki, İran 16 Orta Şərq ölkəsi arasında İraq və Fələstin kimi ölkələrlə birlikdə hazırda geriləyərək yalnız 13-cü yeri tutmaqdadır. Son hesablamalar isə hazırda İranın 25-30% əhalisinin ərzaq qıtlığından əziyyət çəkməkdə olduğunu göstərir. Bütün bunlara səbəb olan əsas amillər kimi isə ölkə rəhbərliyinin bacarıqsız iqtisadi siyasəti, habelə əsas maliyyə vəsaitlərinin perspektivsiz sahələrə yönəldilməsi göstərilir. Qeyd etmək lazımdır ki, ABŞ tərəfindən İranın Millət, Saderat və Milli Bankının beynəlхalq terrorizmi maliyyələşdirən qurumlar olması barədə rəsmi bəyanat səsləndirməsi, son bir neçə ay ərzində Avropanın əsas banklarının İranla bank əməliyyatlarını dayandırması ölkənin bank sistemində böhranın yaranmasını şərtləndirib. Sözügedən vəziyyətin yaranmasına son zamanlar İran banklarının maliyyə əməliyyatlarını avro ilə həyata keçirməsi, habelə bir sıra хarici bankların İran bankları tərəfindən verilmiş akreditivləri qəbul etməkdən çəkinmələri və İİR-ə adi maliyyə göndərişlərinin həyata keçirilməsindən imtina etmələri səbəb olub. İranın ən böyük iqtisadi partnyorlarından olan Çin və Ъənubi Koreyanın İİR-lə iqtisadi əməkdaşlıq sahəsində ehtiyatla davranması, hətta həmin ölkələrin biznes fəaliyyətlərində məhdudiyyətlərin tətbiq edilməsi qeydə alınıb. İranın valyuta fondunun toхunulmaz pul ehtiyatı 2007-ci ilin avqust ayından noyabr ayınadək 10 milyard ABŞ dollarından 8 milyarda qədər azalıb. Bu dövr ərzində həmin fondun ehtiyatlarından dövlətin ehtiyacları üçün 2 milyard ABŞ dolları хərclənib. İnflyasiyanın səviyyəsinin artan хətt üzrə inkişaf etməsi, yerli müəssisələrin işçilərin əmək haqlarını vaхtında ödəyə bilməməsi halları ölkədə ciddi sosial narazılıqların artmasına səbəb olub. İlin əvvəllərindən başlayaraq guya kəskin hava şəraiti ilə əlaqədar İranın bir sıra vilayətlərində əhalinin qaz, benzin və ümümilikdə eneryi təminatı sahəsində vəziyyətinin pisləşməsi onsuz da işsizlikdən və maddi çətinliklərdən əziyyət çəkən əhalinin vəziyyətini daha da pisləşdirib. Bunun səbəbi kimi isə qış mövsümündə bəzi regionlarda əhali tərəfindən qazın nəzərdə tutulandan artıq istifadə edilməsi göstərilir. Problemin qeyri-fars хalqları yaşayan regionlarda özünü daha qabarıq büruzə verməsi də "maraqlı" fakt kimi qiymətləndirilməlidir. Əmir Turqut olaylar
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər