Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Gürcüstana hərbi təcavüz edən Rusiya bir sıra davranışları ilə Azərbaycana qarşı da müharibəyə başladığını nümayiş etdirir. Son günlər baş verən terror aktları şimal qonşumuzun davranışlarının arxasındakı məram və məqsədi ortaya qoydu. Söhbət təkcə Azərbaycan neftinin Avropaya çıxarılmasını təmin edən BTC-nin fəaliyyətinin dayandırılmasından, neft kəmərinin minalanmasından, həmçinin ölkəmizdən daşınan yüklərin dayandırılması üçün dəmir yolunun Gürcüstandan keçən hissəsinin partladılmasından getmir. Sözsüz ki, Rusiya bu addımları, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti əməkdaşlarının çalışdığı Poti limanına nəzarəti ələ keçirib Azərbaycan vətəndaşlarını ordan çıxarmaqla da ölkəmizə qarşı açıq təhdid nümunəsi ortaya qoydu. Doğrudur, rəsmi Bakı Rusiyanın bütün bu aşkar və gizli təhdidlərinə dözümlə yanaşıb Kremli qıcıqlandıra biləcək heç bir addım atmadı. Ölkə rəhbərliyi sadəcə müharibə edən hər iki qonşu dövlətlə dostluq münasibətlərində olduğunu vurğulayıb Azərbaycanın maraqlarına dəymiş ziyanı arxa plana keçirməyə çalışdı. Rusiya Qərbin neft maraqlarına zərbə vurmaqla BTC ilə bağlı mövcud olan “təhlükəsizlik kəməri”, “üçdəniz əfsanəsi” mifinin üstündən xətt çəkmiş oldu. Lakin hətta BTC-nin dayanmasından hər gün ölkəyə yüz milyon dollara yaxın zərər dəydiyi halda, iqtisadi inkişaf naziri Heydər Babayev Gürcüstandakı müharibənin Azərbaycan iqtisadiyyatına ziyan vurmadığı barədə əcaib bəyanat verdi. Üstəlik, dünən ölkənin xarici siyasət idarəsinin təmsilçisi iki gün öncə Gürcüstanın Qori şəhərində Azərbaycana məxsus benzin sisternlərini daşıyan qatarın partladılmasına görə Tiflisin məsuliyyət daşıdığını deməklə rəsmi Bakının Rusiyanı qəzəbləndirməkdən nə qədər ehtiyatlandığını nümayiş etdirdi. Politoloq Rasim Musabəyov Gürcüstanda törədilən bir sıra aktların məhz Azərbaycana qarşı yönəldiyinə şübhə etmir: “Bu, Rusiyanın Azərbaycanı şantajıdır. Bununla ölkəmizə demək istəyir ki, ”yerində dayan, bir yerdə otur və cınqırını çıxarma, özü də mən deyəni elə". Digər tərəfdən, bu, həm də NATO məsələsi ilə bağlı Azərbaycanın hərəkətlərinə cavabdır". Hadisələrinin davamının necə olacağına gəldikdə, ekspertin sözlərinə görə, bu, dünyanın Rusiyanın hərəkətlərinə verəcəyi reaksiyadan asılıdır: “Bizim təkbaşına Rusiyanın hərəkətlərini neytrallaşdırmağa gücümüz yoxdur. Rusiyanın bölgə ilə bağlı konfrantasiya və ya razılaşma qərarı baş verənədək şantajı davam edəcək. Ola bilər ki, Qarabağ məsələsinin alovlanması, yaxud sərhədimizdə əlavə gərginliyin yaranması da baş versin. Eyni zamanda Rusiyanın burdakı agentura şəbəkəsi ”islamçı" adı ilə fəallaşa bilər. Azərbaycanın bütün bunları dayandırmağa gücü yoxdur". Lakin R.Musabəyov tam ümidsiz olmağa da lüzum görmür: “”Dəvədən böyük fil var". Sonrakı məsələlər “fil”in müdaxiləsindən asılıdır. Hər halda, Qərbin öz strategiyası var. Onlar çox şeyi görür və müzakirə edirlər. Qərb demokratikdir, onun reaksiyası bir çox hallarda vaxt tələb edir. Bir şey qaçılmazdır ki, Qərbin gücünün qabağında Rusiyanın gücü birin 20-yə nisbətindədir. Rusiya konfrontasiya qərarı seçəcəksə, onun sonu əvvəlcədən aydındır. O boyda SSRİ buna davam gətirmədisə, Rusiya da Qərblə qarşıdurmadan sağ çıxmayacaq. Ancaq təbii ki, Azərbaycan və Gürcüstan döyüş meydanına çevriləcək. İstənilən halda Qərb özünün burdakı maraqlarından əl çəkməyəcək". Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması istiqamətində atdıqların addımların ardınca Dağlıq Qarabağla bağlı da analoji münasibət sərgiləyə biləcəyinə gəldikdə, R.Musabəyov nəzəri cəhətdən bunu mümkün sayır: “Ancaq hələlik Qarabağ məsələsi gündəlikdə yoxdur. Eyni zamanda istisna etmirəm ki, Azərbaycanın ”düzgün" davranışlarını əsas gətirən Rusiya Azərbaycanın maraqlarına tam cavab verən fəaliyyət göstərsin. Yəni deyə bilər ki, Gürcüstandan fərqli olaraq Azərbaycan və Moldova başını aşağı salıb işi ilə məşğul olduğu üçün ordakı münaqişələrə münasibətimiz fərqlidir. Ən azı Türkiyə belə olan təqdirdə kənarda qalmaz. Abxaziya və Cənubi Osetiyada Türkiyənin mövqeyi fərqlidir. Çünki Türkiyənin daxilində bəzi qüvvələr hətta Gürcüstana qarşıdır. Ancaq Qarabağla bağlı türk ictimai rəyi tamamilə Azərbaycanın tərəfində olduğundan hökumətin kənarda qalmasına razı olmayacaq". Elşad PAŞASOY musavat
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər