SON XƏBƏRLƏR

Plovdağda 4500 il əvvələ aid olan qəbir tapılıb

2021.10.20, 07:36
Plovdağda 4500 il əvvələ aid olan qəbir tapılıb

Gunaz.tv
Plovdağda 4500 il əvvələ aid olan qəbir tapılıb Qəbirin içərisindən müxtəlif qablar götürülüb Ordubadda-Plovdağ adlı yerdə aparılan qazıntılarda ilk Tunc dövrünə aid olan nekropolun altından qədim yaşayış yerinə aid mədəni təbəqə aşkar edilib. Bu barədə "OLAYLAR"a məlumatı AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, tarix elmləri namizədi Bəhlul İbrahimli verib. Ərazidə ocaq yerləri, bir tərəfi qara, digər tərəfi isə qırmızı olan qablar, şar formalı (öküz burnu) qablar aşkar edilib. Eləcə də ərazidən 4 minilliyin 4 6 7 8 @ H P illiyin sonlarına qədər olan dövrü əhatə edən, eramızdan 4500-3500 il əvvələ aid olan kurqan qəbir aşkar edilib. Ekspedsiya rəhbərinin sözlərinə görə, bu günə kimi qəbirlərdən qablar çıxmasına təsadüf olmasına baxmayaraq, hazırda qazılan kurqandan 4 müxtəlif qab tapılıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar