SON XƏBƏRLƏR

ABŞ və Avropa ölkələri Rusiyaya müraciət etdi

2021.10.20, 07:36
ABŞ və Avropa ölkələri Rusiyaya müraciət etdi

Gunaz.tv
ABŞ və Avropa ölkələri Rusiyaya müraciət etdi a01c2057-2f7d-4236-a88c-91d280f55472_w203_s.jpg Abxaziya prezidenti Sergey Baqapş Dumada çıxış edir - 25 avqust 2008-ci il ABŞ və Avropa ölkələri Rusiyaya müraciət edərək Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımamağa çağırıblar. Amerika prezidenti Corc Buş Rusiya parlamentinin hər iki palatasının prezidentə müraciətindən narahat olduğunu bildirib. Avqustun 26-da Rusiya parlamentinin hər iki palatası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq xahişi ilə Dmitri Medvedevə müraciət edib. Amerika prezidenti isə Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Almaniya kansleri Angela Merkel isə deyib ki, Rusiya prezidentinin belə bir sənəd imzalamayacağına ümid edir. Çünki separatçı regionların müstəqilliyinin tanınması regionda gərginliyi artıracaq. azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar