SON XƏBƏRLƏR

Vəhabi icmasının fəaliyyəti qadağan ediləcək

2021.10.20, 07:36
Vəhabi icmasının fəaliyyəti qadağan ediləcək

Gunaz.tv
Vəhabi icmasının fəaliyyəti qadağan ediləcək "Əbu-Bəkr" məscidində baş vermiş partlayışla bağlı istintaq prosesi davam edir. Artıq partlayışda şübhəli bilinən bir neçə şəxs həbs edilib. Həbs edilənlər arasında hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşı da var. Partlayışdan sonra məscid təmirə dayanıb. Məlumata görə, təmir bir müddət davam edəcək. "Əbu-Bəkr" icmasının harada toplaşacağı hələ bəlli deyil. Partlayışın törədilməsi ilə bağlı versiyalardan biri də vəhabilərin öz aralarında olan mübahisələrdir. Qeyd edək ki, bu yaxınlarda vəhabilər arasında parçalanma yaranmış, "xəvaricilər" adlanan qanad Hacı Qamət Süleymanı lider kimi qəbul edən "qamətilər"dən ayrılmışdı. Ehtimala görə, Hacı Qamətin qarşısına düşən qumbaranı da məscidə qamətilərdən ayrılan qrup atıb. Mötəbər mənbənin verdiyi məlumata görə, artıq aralarındakı mübahisələri silahla həll etməyə başlamış təriqətin fəaliyyəti qadağan oluna bilər. İcmanın fəaliyyətinin qadağan olunmasını gündəliyə çıxaran səbəblərdən biri də vəhabilərin hüquq-mühafizə orqanlarına, orduya və dövlət orqanlarına nüfuz etməsidir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar