SON XƏBƏRLƏR

CORC BUŞ RUSİYANI GÜRCÜSTANDAN QOPMUŞ RESPUBLİKALARI TANIMAMAĞA ÇAĞIRIB

2021.10.20, 07:36
CORC BUŞ RUSİYANI GÜRCÜSTANDAN QOPMUŞ RESPUBLİKALARI TANIMAMAĞA ÇAĞIRIB

Gunaz.tv
CORC BUŞ RUSİYANI GÜRCÜSTANDAN QOPMUŞ RESPUBLİKALARI TANIMAMAĞA ÇAĞIRIB bush_osetiya_abxaz_1.jpg Corc Buş ABŞ prezidenti Corc Buş Rusiya parlamentinin Abxaziya və Cənubi Osetiyanın müstəqillyini tanımasına münasibət bildirib. «Bi-Bi-Si» xəbər verir ki, Texas rançosunda olan ABŞ prezidenti Rusiya parlamentinin qərarından narahatlığını dilə gətirib. O deyib ki, Gürcüstan sərhədlərinə hörmətlə yanaşılmalıdır. C.Buş Rusiyanı Gürcüstandan qopmuş respublikalarını tanımamağa çağırıb. Bundan əvvəl Ağ evin nümayəndəsi bildirmişdi ki, Abxaziya və Cənubi Osetiyanın müqəddəratını Rusiya həll etməməlidir. «Bu ölkələrin gələcəyini mövcud qaydalar çərçivəsində beynəlxalq ictimaiyyət müəyyən etməlidir» deyə Ağ evin nümayəndəsi Toni Fratto bildirmişdi. O qeyd etmişdi ki, belə getsə, Amerika Rusiya ilə bütün əlaqələrinə yenidən baxmalı olacaq. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar