SON XƏBƏRLƏR

Türkiyə C-300 raket kompleksləri alacaq

2021.10.20, 07:36
Türkiyə C-300 raket kompleksləri alacaq

Gunaz.tv
Türkiyə C-300 raket kompleksləri alacaq turk-c300.jpg Türkiyə Müdafiə Sənayesinin katibliyi C-300, C-300B və “Tor” raket komplekslərini almaq barədə qərar qəbul edib. Lent.az-ın “Todays Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, komplekslər 100 milyon dollara Belarus və Ukraynadan sifariş olunacaq. Qərar hələ iyulun 22-də qəbul olunsa da, bu barədə rəsmi məlumat indi yayılıb. Əldə edilən informasiyaya görə, zenit komplekslərinə daxil olan radiolokasiya stansiyaları və idarə sistemləri ayrıca sifariş ediləcək. Sistemlərdən ancaq sınaq məqsədi üçün istifadə olunması nəzərdə tutulub. Raket kompleksləri Konyadakı təlim mərkəzində yerləşdiriləcək. Əsas məqsəd anoloji silahları olan ölkələrin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi taktikasını sınaqdan keçirtməkdir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar