SON XƏBƏRLƏR

HİNDİSTANDA MÜƏAMMALI YOLUXUCU XƏSTƏLİK YAYILIB: 160 NƏFƏR ÖLÜB, MİNLƏRLƏ İNSAN YATAĞA DÜŞÜB

2021.10.20, 07:36
HİNDİSTANDA MÜƏAMMALI YOLUXUCU XƏSTƏLİK YAYILIB: 160 NƏFƏR ÖLÜB, MİNLƏRLƏ İNSAN YATAĞA DÜŞÜB

Gunaz.tv
HİNDİSTANDA MÜƏAMMALI YOLUXUCU XƏSTƏLİK YAYILIB: 160 NƏFƏR ÖLÜB, MİNLƏRLƏ İNSAN YATAĞA DÜŞÜB Müəammalı yoluxucu xəstəlik Hindistanın Kanpur şəhərində 160 nəfəri öldürüb. «Media forum» saytı xəbər verir ki, xəstəliyin simptomları iki həftə əvvəl bir kənddə aşkarlanıb, sonra tezliklə 350 yaşayış məntəqəsinə yayılıb. Nəticədə minlərlə insan yatağa düşüb, ölənlərin sayı isə hər gün 15-20 nəfər artır. Son məlumatlara görə, Pulandar və Dhar kəndlərində minlərlə adam yatağa düşüb. Öldürücü təhlükə səbəbindən insanlar kütləvi şəkildə ərazidən qonşu rayonlara axışır. Epidemioloqlar hələ ki, müəammalı xəstəliyin mənşəyi ilə bağlı birmənalı cavab verə bilmirlər. Simptomlarına görə malyariyaya, yaxud tropik qızdırmaya oxşayan xəstəliə yoluxanların hərarəti dərhal yüksəlir və onlarda ümumi halsızlıq müşahidə olunur. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar