SON XƏBƏRLƏR

ABŞ Demokrat Partiyasının vitse-prezident postuna namizədi olan ermənipərəst Cozef Biden “907-ci düzəliş”ə dəstək verənlərdən biridir

2021.10.20, 07:36
ABŞ Demokrat Partiyasının vitse-prezident postuna namizədi olan ermənipərəst Cozef Biden “907-ci düzəliş”ə dəstək verənlərdən biridir

Gunaz.tv
ABŞ Demokrat Partiyasının vitse-prezident postuna namizədi olan ermənipərəst Cozef Biden “907-ci düzəliş”ə dəstək verənlərdən biridir cozefbiden.jpg Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABS Senatının xarici əlaqələr komitəsinin sədri, ABŞ Demokrat Partiyasının vitse-prezident postuna namizədi Cozef Biden hələ 90-cı illərin əvvəllərində ermənipərəst senator Bob Doul ilə qondarma “erməni soyqırımı” layihəsi və Azərbaycana birbaşa yardımları qadağan edən “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin qəbulunda aktiv rol oynayıb. APA-nın ABŞ bürosunun məlumatına görə, Cozef Biden həmçinin Türkiyədə Hrant Dinkin qətlini pisləyən qətnamə layihəsinin müəllifidir. Bu səbəbdən erməni siyasətçilər Cozef Bideni ermənipərəst siyasətçi adlandırırlar. Lakin Cozef Biden Azərbaycanın mənafeyini müdafiə edən qətnamələri də dəstəkləyib. O, 1997-ci ildə senator Sem Braunbek tərəfindən hazırlanan “İpək Yolu Strategiyası Aktı”na tam dəstək verib. Rusiya əleyhinə sərt bəyanatları ilə yadda qalan Cozef Biden Moskvanı bir qayda olaraq postsovet məkanında separatçı hərəkatlara dəstək verməkdə suçlandırır. O, ötən il “Financial Times” qəzetində dərc etdirdiyi məqalədə Rusiyanın Azərbaycan, Gürcüstan və Moldovada separatçılığa dəstək verməsini yolverilməz adlandırıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar