SON XƏBƏRLƏR

İRANDA BIR ILDƏ 700 TON NARKOTIK MƏSRƏF OLUNUR

2021.10.20, 07:36
İRANDA BIR ILDƏ 700 TON NARKOTIK MƏSRƏF OLUNUR

Gunaz.tv
İRANDA BIR ILDƏ 700 TON NARKOTIK MƏSRƏF OLUNUR DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən İranın rəsmi orqanları bildirirlər ki, hər il İranda 700 tondan artıq narkotik istifadə olunur. Iranın narkotiklərlə mübarizə idarəsinin rəisi polkovnik Fudazi “Mehr” qəzetinə verdiyi müsahibədə bildirib ki, araşdırmalar nəticəsində Əfqanıstanda istehsal olunan narkotikanın 31 faizi İrana daxil olur. Bu rəqəm 2600 tondan yuxarı narkotika deməkdir. Beynəlxalq Narkotiklərlə mübarizə təşkilatının araşdırmasında göstərilir ki, Əfqanıstanda istehsal olunan narkotikaların 60 faizi heroindir. Beynəlxalq müşahidəçilər bildirirlər ki, Əfqanıstanda bu il ərzində 5min ton tiryək istehsal olunub. 5 min ton tiryəkin istehsalından 500 ton heroin əldə olunur ki, oda dünya üçün təhlükəli maddələrdən hesab olunur. Iranın narkotiklərlə mübarizə idarəsi bildirib ki, keçən il müddətində İranda ümumilikdə 900 ton qanunsuz narkotika sıradan çıxarılır. İran narkotika ixrac edən ölkələrin birinciliyini özündə saxlayır. İran rəsmiləri bildirir ki, İran narkotiklərə qarşı mübarizədə daha ciddi addımlar atmağa başlayıb. Iranın Şərq sərhədləri möhkəmləndikdən sonra qaçaqmalçılar Avopaya və başqa ölkələrə narkotikaları Əfqanıstanın şimalından, Orta Asiyadan və Hind okeanından istifadə edirlər. Iran rəsmiləri bildirirlər ki, hal hazırda İranda 14 milyon narkoman var. Onların 70 faizi tiryək, 30 faizi isə heroin məsrəf edirlər. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar