SON XƏBƏRLƏR

Misir dövləti “Xomeyni qan imanı” adlı film çəkir

2021.10.20, 07:36
Misir dövləti “Xomeyni qan imanı” adlı film çəkir

Gunaz.tv
Misir dövləti “Xomeyni qan imanı” adlı film çəkir DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Misir dövləti 5 milyon avro dəyərində xərci olan “Xomeyni qan imanı” adlı filmin çəkilməsinə başlayıb. Madriddə çap olunan “Əlmundo” qəzetinin yaydığı xəbərdə bildirilir ki, İranda istehsal olunan Bir Feronun edamı” adlı film Misirin terror olunmuş prezidenti mərhum Ənvər Saadatın əleyhinə çəkilmiş filmdir. 1981-ci ildə Xalid İslambuli adlı radikal islam tərəfdarı olan terrorist tərəfindən qətlə yetirilmiş, Misirn o zamankı prezidenti Ənvər Saadat həmin filmdə Feron kimi göstərilmiş və onun terroruna islamı edam adı verilmiş və həmin terroristi müqəddəs bir insan kimi nümayiş etdirmişlər. Misir dövləti bunun müqabilində son günlərdə Misirli senarist Məhəmməd Həsən Ən-Əlifi, rejissor Məhəmməd Fadil Misir hökümətinin ayırdığı 5 milyon avroya “Xomeyni qan imanı” adlı film çəkməyə başlayıblar. Bu filmdə ərəb dünyasının və Misirn tanınmış kinoulduzları çəkiləcəklər. filmin senarisində Xomeyni İranda hakimiyyətə gəldiyi dövrdən bu günə qədər İranda və dünyada törətdikləri terror və cinayətlərdən, edam və daş-qalaqlardan, pərdəarxası islama zidd əməllərdən bəhs edən film hazırlanır. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar