SON XƏBƏRLƏR

Zəncan universitetinin tələbə fəalı olan Əlirza Firuzinin həbsi üçün məhkəmə qərar çıxardıb

2021.10.20, 07:36
Zəncan universitetinin tələbə fəalı olan Əlirza Firuzinin həbsi üçün məhkəmə qərar çıxardıb

Gunaz.tv
Zəncan universitetinin tələbə fəalı olan Əlirza Firuzinin həbsi üçün məhkəmə qərar çıxardıb hebsxanafoto.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə Zəncan Universitetinin milli fəallarından olan Əlirza Firuziyə qarşı İran Təhlükəsizlik qüvvələri həbs qərarı çıxardaraq onun yaşadığı evi tam təftiş etmək və onu həbs etmək üçün Zəncan məhkəməsinə dəvət ediblər. Məlumata görə soydaşımızın həbs qərarı Evin həbsxanasının 209-cu şöbəsindən verilmiş və həbs qərarının səbəbi də Zəncan Universitetində keçirilən etiraz aksiyası ilə bağlı olduğu bildirilib. Xatırladaq ki, hal hazırda Zəncan Universitetinin 5 nəfər milli fəalı Pəyam Şəkiba, Arəş Rayici, Həsən Cənidi, Bəhram Vahidi və Surna Haşımi həbs olunaraq ETTELAAT-ın təcridxanalarında saxlanırlar. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar