SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı məhkəməsi 8 yaşlı qızın 50 yaşlı kişidən boşanma işinə baxacaq

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı məhkəməsi 8 yaşlı qızın 50 yaşlı kişidən boşanma işinə baxacaq

Gunaz.tv
Səudiyyə Ərəbistanı məhkəməsi 8 yaşlı qızın boşanma işinə baxacaq Ərəb ölkələrində kiçik yaşlı qızların ailə qurması qorxulu həddə çatır Səudiyyə Ərəbistanı məhkəməsi sentyabrda 8 yaşlı qızın 50 yaşlı kişidən boşanma işinə baxacaq. Qızın anası məhkəməyə müraciət edərək bildirib ki, onun qızı ərə getdiyindən xəbərsizdir. O, qızının onun boşanmasını xahiş edib. Məlum olub ki, evlənmək barədə gələcək ərlə qızın atası razılaşıb. Aydındır ki, bu pul müqabilində baş verir. Ər isə nikahın ləğv edilməsini istəmir və bildirib ki, heç bir qanunu pozmur. Xatırladaq ki, bu ilin aprel ayında analoji məhkəmə işinə Yəməndə baxılıb. Məhkəmə 8 yaşlı Noyud Məhəmməd Əlinin 28 yaşlı kişidən boşayıb. Qızın ailəsi onun keçmiş ərinə 250 dollar kompensasiya ödəməli olacaq. Ümumiyyətlə ərəb ölkələrində qızların tez ərə getməsi adi haldır. Qızın yaşı 9-a çatıbsa, onun ailə qurmasında heç bir problem yoxdur. Kasıb ailələr daha çox qızlarını tez ərə vermək istəyirlər. Ərin yaşı isə önəm daşımır. ucnoqta

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar