SON XƏBƏRLƏR

Angela Merkel: “Avropa İttifaqının Gürcüstanla bağlı keçirəcəyi xüsusi beynəlxalq konfransa Azərbaycan da dəvət oluna bilər”

2021.10.20, 07:36
Angela Merkel: “Avropa İttifaqının Gürcüstanla bağlı keçirəcəyi xüsusi beynəlxalq konfransa Azərbaycan da dəvət oluna bilər”

Gunaz.tv
Angela Merkel: “Avropa İttifaqının Gürcüstanla bağlı keçirəcəyi xüsusi beynəlxalq konfransa Azərbaycan da dəvət oluna bilər” sarkozivemerkel.jpg Berlin-APA. Avropa İttifaqı Gürcüstandakı vəziyyətlə bağlı xüsusi beynəlxalq konfrans keçirə bilər. APA-nın məlumatına görə, bu bəyanatla Almaniyanın kansleri Angela Merkel çıxış edib. O, konfransa Avropa İttifaqı ölkələri ilə yanaşı Azərbaycan, Ermənistan və Ukraynanın da dəvət edilə biləcəyini söyləyib. Konfransın məqsədi Gürcüstanın dağılmış iqtisadiyyat və infrastrukturunun bərpasına yardım göstərmək yollarını araşdırmaqdır. Merkel qeyd edib ki, belə bir konfrans çağırılacağı təqdirdə Rusiya bu tədbirə dəvət olunmayacaq. Fransa prezidenti Nikola Sarkozi isə Gürcüstanda baş verən hadislərlə bağlı sentyabrın 1-də Avropa İttifaqının fövqəladə toplantısını çağırıb. APA-nın məlumatına görə, Fransa prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, toplantıda Avropa İttifaqına 27 üzv ölkə Gürcüstana kömək etmək problemini müzakirə edəcək və bundan sonra Rusiya ilə münasibətlərin əsas prinsiplərini müəyyənləşdirəcəklər. Qeyd edək ki, Rusiya Gürcüstan ərazisindən qoşunların çıxarılması prosesinin avqustun 22-də başa çatdığı elan etsə də, bəzi Avropa ölkələri Moskvanı atəşkəs haqqında sazişin müddəalarına əməl etməməkdə ittiham edirlər. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar