SON XƏBƏRLƏR

Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bütün dünyaya çağırışdır - David Darçiaşvili

2021.10.20, 07:36
Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bütün dünyaya çağırışdır - David Darçiaşvili

Gunaz.tv
Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bütün dünyaya çağırışdır - David Darçiaşvili Parlamentin Avrointeqrasiya Komitəsinin sədri David Darçiaşvili hesab edir ki, Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin tanınması bütün demokratik dünyaya çağırışdır. «Federasiya Şurası tərəfindən prezident Medvedyevin adına Gürcüstanın separatçı regionlarının tanınması ilə bağlı müraciətin qəbul olunması təəccüb doğurmur, çünki Rusiya çoxdan bunu etmək istəyirdi», - deyə o bildirib. Deputatın sözlərinə görə, qalan şeylər Rusiya Federasiyası rəhbərindən asılıdır. «Dünya problem istəmir, lakin Rusiya belə hərəkətlərlə dünya ictimaiyyətini nə qədər qıcıqlandıracaqsa, bir o qədər Moskvaya təzyiq olacaq», - deyə o qeyd edib. Rusiyanın Federasiya Şurası Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin tanınması ilə bağlı prezidenə müraciəti yekdilliklə qəbul edib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar