SON XƏBƏRLƏR

Mixail Saakaşvili Qərbi etibarsızlıqda və fəaliyyətsizlikdə təqsirləndirib

2021.10.20, 07:36
Mixail Saakaşvili Qərbi etibarsızlıqda və fəaliyyətsizlikdə təqsirləndirib

Gunaz.tv
Mixail Saakaşvili Qərbi etibarsızlıqda və fəaliyyətsizlikdə təqsirləndirib Gürcüstan prezidenti Mixail Saakaşvili beynəlxalq strukturları ölkədə Rusiya təcavüzü başlayanadək fəaliyyətsizlikdə təqsirləndirib. “Rusiya iyulda öz təyyarələrinin Gürcüstanın hava məkanını pozması faktını təsdiq edəndə, Qərbin reaksiyasını yoxlayırdı”, - dünən Saakaşvili parlamentin Rəyasət Heyəti ilə görüşdə deyib. Onun sözlərinə görə, reaksiya vermək üçün Avropa İttifaqına altı gün lazım olub və Aİ-nin hər iki tərəfi təxribatlara uymamağa çağırdığı yalnız bir bəyanatı verilib. “Bu, Rusiyanın birbaşa dəvət edilməsi idi”, - prezident bəyan edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bununla da bu məsələyə qarışmadıqlarını göstəriblər. Saakaşvili Abxaziya və Cənubi Osetiyada keçirilmiş Rusiyanın “sülhə məcbur etmək üzrə manevrlər”adlandırdığı manevrlərə də toxunub. “Bu hərəkətlər bütün dünyaya nümayiş etdirildi, lakin reaksiya sıfra bərabər oldu”, - prezident deyib. Saakaşvilinin sözlərinə görə, o, gözlənilən təcavüz barədə Qərb liderlərini xəbərdar edib. “Demişəm ki, Gürcüstan ərazisinin Rusiya tərəfindən bombalanmasını gözləmək olar. Onlar isə Gürcüstan prezidentinin mübaliğəyə yol verdiyini düşünürdülər”, - Saakaşvili vurğulayıb. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar