SON XƏBƏRLƏR

AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINI QƏBUL EDƏNLƏRİN SAYI ARTIB

2021.10.20, 07:36
AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINI QƏBUL EDƏNLƏRİN SAYI ARTIB

Gunaz.tv
AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINI QƏBUL EDƏNLƏRİN SAYI ARTIB azeri_bayraq.jpg BMT – nin araşdırmasına görə son 35 ildə vətənindən kənarda yaşayanların sayı 2 dəfədən çox artaraq, 175 milyona çatıb. Bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır. Onların 60 faizi inkişaf etməkdə olan ölkələrdə, 40 faizi isə inkişaf etmiş ölkələrdə yaşayır. Miqrantar sonradan yaşadıqları ölkənin vətənadaşlığını da qəbul edir. Dünyada bu sahədə ABŞ liderlik edir. Regionda isə Azərbaycan. Statistikaya görə, bu gün Azərbacanda 100 mindən çox əcnəbi yaşayır. Onların böyük əksəriyyəti Rusiya, Gürcüstan, İran, İraq, Əfqanıstan, Hindistan, Çin, Filippin və digər ölkələrdən gəlir. Kimisi işləmək, kimisi də yaşamaq üçün. Bradakı gözəlliyi görənlər deyəsən getməyə tələsmir. Statistikaya görə, 1999 –cu ildən Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərin sayı artıb. Daha çox Rusiya, İran, Günrcüstan və Baltikyanı ölkələrdən gələnlər Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edib. Son 7 ildə isə 5500 nəfər Azərbaycanda işləmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi icazə alıb. Qeyri rəsmi işləyənlərin sayı isə daha çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar