SON XƏBƏRLƏR

Xəzər İbrahim: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır”

2021.10.20, 07:36
Xəzər İbrahim: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır”

Gunaz.tv
Xəzər İbrahim: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır” “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Rusiya Federasiya Şurası tərəfindən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasına faktına münasibət bildirərkən deyib. Qeyd edək ki, Rusiya Federasiya Şurası prezident Dmitri Medvedevə müraciət edərək Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb. APA-nın məlumatına görə, Federasiya Şurasının bu gün keçirilən iclasında yuxarı palatanın spikeri Sergey Mironov deputatların yekdilliklə dəstəklədiyi müraciətin mətnini oxuyub. Mironov bildirib ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu xalqların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımdır: “Biz hər iki respublikanın xalqlarının stabillik, sülh və müstəqilliyə can atmasını dəstəkləməliyik. Hər iki respublika dövlət üçün zəruri olan bütün atributlara malikdir”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar