SON XƏBƏRLƏR

Marqaret Tetçer ağlını itirir

2021.10.20, 07:36
Marqaret Tetçer ağlını itirir

Gunaz.tv
Marqaret Tetçer ağlını itirir tatcer-agil.jpg Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer əqli zəiflikdən əziyyət çəkir. Lent.az-ın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə baronessanın qızı – populyar jurnalist Kerol Tetçer özünün “A Swim-on Part in the Goldfish Bowl: A Memoir” kitabında yazıb. Kerolun sözlərinə görə, anası artıq 7 ildir tədricən onun düşüncəsini məhv edən ağır xəstəliklə mübarizə aparır. Keçmiş baş nazirin səhhətinə ən ağır zərbə onun həyat yoldaşı ser Denis Tetçerin 2003-cü ildə vəfatı olub. Kerol qeyd edir ki, xəstəliyin ilk əlamətləri özünü hələ 2000-ci ildə göstərməyə başlayıb. O zaman Tetçer Folklend adalarındakı müharibəni Bosnivə Hersoqovinadakı hadisələrlə səhv salıb. Qeyd edək ki, hazırda 82 yaşı olan baronessa Marqaret Tetçer həkimlərin məsləhəti ilə ictimaiyyət arasına çox az-az çıxır. Bundan əvvəl onun səhhətində problemlər olduğu məlum idi. Lakin indiyə qədər dəqiq diaqnoz açıqlanmırdı. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar