SON XƏBƏRLƏR

Yekaterinburqda azərbaycanlılar və ruslar arasında kütləvi toqquşma

2021.10.20, 07:36
Yekaterinburqda azərbaycanlılar və ruslar arasında kütləvi toqquşma

Gunaz.tv
Yekaterinburqda azərbaycanlılar və ruslar arasında kütləvi toqquşma sankt-peter-qadin-dava.jpg Yekaterinburq milisi Pioner qəsəbəsində azərbaycanlılar və ruslar arasında kütləvi toqquşmanın qarşısını alıb. Lent.az-ın “APİ” saytına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları növbəti toqquşmaların baş verəcəyini gözləyirlər. Agentliyin şahidlərə istinadən verdiyi məlumata görə, toqquşmalar hələ avqustun 11-də başlayıb. Həmin gün “Tri çetvyorki” kafesinin yaxınlığında bir neçə azərbaycanlı onların telefonunu oğurlayan iki rusu döyüblər. Nəticədə ruslar ağır travmalarla xəstəxanaya yerləşdirilib. Avqustun 15-də kütləvi toqquşma təkrarlanıb. Bu dəfə ruslar bir neçə Azərbaycan vətəndaşını ağır formada döyüblər. Avqustun 23-də isə münaqişə ən yüksək həddə çatmalıymış. Tərəflər “Avanqard” fabrikinin yaxınlığında görüşərək haqq-hesab çürütmək barədə razılığa gəliblər. Güc strukturları toqquşmada hər iki tərəfdən yüzlərlə adamın iştirak edəcəyi barədə məlumat əldə edib. Milisin vaxtında işə qarışması nəticəsində toqquşmanın qarşısını müvəqqəti olaraq almaq mümkün olub. Lakin hüquq-mühafizə orqanları toqquşmanın bundan sonra da baş verəcəyini istisna etmirlər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar