SON XƏBƏRLƏR

ƏHMƏDİNEJADıN ERMƏNİ SEVGİSİ

2021.10.20, 07:36
ƏHMƏDİNEJADıN ERMƏNİ SEVGİSİ

Gunaz.tv
ƏHMƏDİNEJADıN ERMƏNİ SEVGİSİ Azərbaycanlı tələbələri həbs etdirən İran prezidenti erməni kilsələrinin qayğısına qalır İran prezidenti Mahmud Əhmədinejad ölkə ərazisində yerləşən üç erməni kilsəsinin YUNESKO-nun siyahısına salınması ilə əlaqədar Ermənistana təbrik məktubu göndərib. Təəssüf doğuran hal odur ki, müsəlman dövlətin prezidenti Güney Azərbaycandakı tarixi mədəni abidələrin dağıdılmasına göz yumduğu halda, ermənilərə qayğı göstərir. Belə ki, Təbrizdəki Ərk qalası, Səttar xanın evi, Göy məscid, Şamqazan, Samovarçı bazarı, Üstüörtülü bazar, Ərdəbildəki Şeyx Səfi məqbərəsi, Miyanadakı “Qız körpüsü”, Zəncandakı Sultaniyyə günbəzi, Qaradağ mahalının Kəleybər rayonundakı Babək qalası və sair tarixi abidələrin bərpasına diqqət yetirilmir. “Qaynar. info” xəbər verir ki, ermənilərlə yanaşı, farslar yaşayan bölgələrə də diqqət böyükdür. “Baybak”ın məlumatına görə, son zamanlar Tehran hakimiyyəti türk düşməni Firdovsinin təbliği üçün milyonlarla dollar vəsait xərcləyir. İran hakimiyyəti hərəkatçılara qarşı da repressiyaları davam etdirir. Qırx gün bundan öncə həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Həmid Valayinin vəziyyəti ağır olaraq qalır. O, həbs edilərkən vəhşi zorakılığa məruz qalmış, qolu və 4 dişi sındırılmışdı. Beynəlxalq hüquq müdafiə təşkilatlarının müdaxiləsindən sonra xəstəxanaya köçürülən Həmid Valayi hazırda müalicə olunur. Son ayda isə 6 azərbaycanlı tələbə həbs edilib. Ən son olaraq Təbriz Universitetinin tələbələri Mənsur Eminian və Maqsud Əhdi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. “Qaynar.info” Güney Azərbaycan Öyrənci Hərəkatına istinadən xəbər verir ki, avqustun 20-də səhər saatlarında ETTELAT-ın Təbriz bölməsinin əməkdaşları hər iki tələbənin yaşadığı evə basqın edib. Tələbələr evdə olmasa da, burada axtarış aparılıb, onların bilgisayarları, tələbə dərgiləri və CD-ləri müsadirə olunub. Tələbələrin özləri isə daha sonra həbs olunub. Digər bir azərbaycanlı tələbə Vədud Əsədi isə Rəşt Universitetində həbs olunub. Bir aydır ki, onun saxlandığı yer və vəziyyəti barədə heç bir xəbər yoxdur. Xatırladaq ki, ABŞ Vədud Əsədi haqqında bəyanat verərərk, onun dərhal azadlığa buraxılmasını tələb edib. Qeyd edək ki, V.Əsədi “Səhər” adlı tələbə dərgisinin təsisçisi və baş redaktoru idi. Tələbələrlə eyni mənzildə yaşayan Təbriz Universitetinin məzunu Daryuş Hatəminin həbs olunduğu xəbər verilir. VÜQAR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar