SON XƏBƏRLƏR

AB sammiti Rusiya ilə münasibətlərə yenidən baxacaq

2021.10.20, 07:36
AB sammiti Rusiya ilə münasibətlərə yenidən baxacaq

Gunaz.tv
AB sammiti Rusiya ilə münasibətlərə yenidən baxacaq sarkoz-hede-rus.jpg Fransa prezidenti Nikolya Sarkozi Avropa Birliyinin sammitini çağırmaq qərarına gəlib. Lent.az-ın “Vesti-24” telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də Brusseldə keçiriləcək sammit gürcü-osetin münaqişəsinə və Rusiya ilə gələcək münasibətlərə həsr olunacaq. Fransa prezidentinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, Nikolya Sarkozi AB üzvlərinin çoxsaylı tələblərini nəzərə alaraq birliyin fəaliyyətdə olan sədri kimi dövlət başçıları səviyyəsində sammit çağırmaq qərarına gəlib: “Görüş Gürcüstandakı böhran və AB-nin rolu, eləcə də bu təşkilatın Rusiya ilə gələcək münasibətlərinə həsr olunacaq”. Xatırladaq ki, Gürcüstan-Rusiya müharibəsinin dayandırılması üçün vasitəçi rolunda çıxış edən Nikolya Sarkozi Rusiyanın öz qoşunlarını dərhal Gürcüstan ərazisindən çıxartmadığı təqdirdə AB-nin növbədənkənar sammitini çağıracağını bəyan etmişdi. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar