SON XƏBƏRLƏR

Serj Sarkisyan bildirib ki, ölkəsi Türkiyə ilə qeyd-şərtsiz əlaqələr qurmağa hazırdır

2021.10.20, 07:36
Serj Sarkisyan bildirib ki, ölkəsi Türkiyə ilə qeyd-şərtsiz əlaqələr qurmağa hazırdır

Gunaz.tv
Serj Sarkisyan bildirib ki, ölkəsi Türkiyə ilə qeyd-şərtsiz əlaqələr qurmağa hazırdır sarkisyan084.jpg "Novosti-Armeniya"nın məlumatına görə, bu barədə Ermənistan prezidenti "Der Standart" qəzetinə müsahibəsində bildirib Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, ölkəsi Türkiyə ilə qeyd-şərtsiz əlaqələr qurmağa hazırdır. “Bu gün bizim münasibətlərimizdəki vəziyyətdən heç kəs heç nə əldə etməyəcək, amma əksinə bir çoxları əziyyət çəkirlər. Əminəm ki, daimi olaraq rəqib olmağın mənası yoxdur və buna ehtiyac da yoxdur. Aydındır ki, münasibətlərin nizama salınması məsələsi vaxtı çatıb və bu addım həm türk, həm də erməni ictimaiyyəti üçün qarşılıqlı sürətdə faydalı olacaq”, deyə Sarkisyan Avsrtiyanın”Der Standart” qəzetinə müsahibəsində bildirib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dialoq üçün qapıların açıq olduğu fikrini də xatırladıb. “Mən əminəm ki, əgər istəsək bizin belə dialoqumuz ola bilər və prezident Avdullah Gülün Ermənistana səfəri bu müsbət tendensiyaları daha da gücləndirəcək. Bu günlərdə mənim türk həmkarım bildirib ki, Türkiyənin regionda düşməni yoxdur. Mən əminəm ki, münasibətlərin nizama salınması real nəticələrə gətirib çıxara bilər və bu bəyanatın praktik olaraq gücləndirər”, deyə Sarkisyan bildirib. Qeyd edək ki, Sarkisyan Abdullah Gülü sentyabrın 6-da İrəvanda 2010-cu il Dünya çempionatında Ermənistan və Türkiyə komandaları arasında keçiriləcək futbol üzrə seçmə matça birlikdə baxmaq üçün rəsmi olaraq İrəvana dəvət edib. “Bizim çoxsayda problemlərimiz ola bilər, amma bir-biriimizlə inkişaf etmiş ölkələrə xas şəkildə danışmasaq, əgər ölkələrimiz arasında lazımi siyasi münasibətlər olmasa, prblemlərimizi həll edə bilməyəcəyik”, deyə Sarkisyan bildirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar