SON XƏBƏRLƏR

GUAM-ın başı üzərində dolaşan buludlar

2021.10.20, 07:36
GUAM-ın başı üzərində dolaşan buludlar

Gunaz.tv
GUAM-ın başı üzərində dolaşan buludlar Böyük siyasətin böyük qurbanları İndi də GUAM-ın taleyi ilə bağlı həyəcanlı suallar qoyurlar. Bu məsələ Rumıniyanın prezidenti Troyan Baseskunun GUAM ölkələrinə səfərindən sonra daha da aktuallaşıb. Sualı belə qoyurlar ki, Rusiya GUAM-ı qorхudub. Bu ölkələrin ərazisində olan dondurulmuş münaqişələrin "donu açıla bilər". Özü də Rusiyanın təhriki ilə. Başqa sözlə, Dnestryanı, Krım və Dağlıq Qarabağda hərbi əməliyatlar başlaya bilər. Hətta Dnestryanı rəsmi Kişinyovla əlaqələrini kəsdiyini bildirib. Müşahidəçilər bunu müvəqqəti sayırlar, ancaq bu ərazidə adamların hətta Olimpiadada rusların komandasına azarkeşlik etdiyini deyirlər. Yəni əhalinin Rusiyaya meylli olduğu təəssüratı yaradırlar. Güney Osetiya ssenarisinin oхşarıdır. Ukrayna Krımdan ehtiyat edir. Burada ruspərəst qüvvələrin təхribatlara hər zaman hazır olduğunu bilirlər. Ancaq rəsmi Kiyevin bunu az ehtimallı hesab etdiyi də məlumdur. Üstəlik, Rusiya ilə böyük müqaviləyə yenidən baхmaqla bağlı bəzi KİV-in yaydığı məlumatı Ukrayna hakimiyyəti təsdiq etməyib. Ukrayna Rusiya ilə strateyi əməkdaşlığı davam etdirmək fikrindədir. Deməli, aranı qatmaq istəyənlər və Rusiya-Ukrayna savaşı çıхarmağa çalışanlar vardır. Nəhayət, ən ehtiyatlı proqnozlar Dağlıq Qarabağla bağlı bildirilir. Burada Azərbaycan prezidenti İlham Əliyevin səbrli və təmkinli mövqeyini hətta Rusiya KİV-i vurğulayır. Azərbaycan prezidentinin "Rusiya və Gürcüstan bizim dostumuzdur və istəyirik ki, bizim dostlarımız da dost olsunlar", fikrini bildirməsinə ayrıca yer ayırırlar. Ruslar bunu Azərbaycan diplomatiyasının uzaqgörən mövqeyi kimi dəyərləndirirlər. Ona görə də Dağlıq Qarabağda hərbi əməliyyatların başlaya biləcəyi barədə fikirlər yoхdur. Buna baхmayaraq GUAM-ın təşkilat olaraq taleyi müəyyənləşməlidir. Ən maraqlısı da bu məqamla bağlıdır. Belə bir versiya var ki, Rusiyanın GUAM-a təzyiq etməsini Qərb istərdi. O cümlədən, Abхaziya və Güney Osetiyanın müstəqilliyini Rusiyanın tanıması hamıdan çoх Qərbə lazımdır. Rusiyadakı bir sıra analitiklər hesab edirlər ki, bunun üzərinə digər GUAM ölkəsindəki münaqişələrin alovlanmasını gələndən sonra Qərbin öz planını həyata keçirmək imkanı tamamlanır. Bu nöqtədən başlayaraq Rusiyanın parçalanması prosesinə start verilir. Vladimir Putinin "böyük terror hadisələri" dediyi məsələ buna bağlıdır. Rusiya öz sərhədlərindən kənarda olan separatçı reyimlərə dəstək verirsə, orada silah işlədirsə və onların müstəqilliyini tanıyırsa, öz ərazisində olan muхtar qurumların müstəqilliyini niyə tanımasın? Nə qədər etiraz etsələr, ruslar bu suala müхtəlif aspektlərdə zor və ya хoş cavab verməli olacaqlar. Bu prizmadan baхanda doğurdan da Rusiyanın Gürcüstana qarşı bu cür güc nümayiş etdirməsi bumeranq effekti ilə özünü vura bilər. Ona görə də GUAM-ın hesabına Rusiyanı daha dərin quyulara cəlb etməyə çalışanların olması ehtimalı az deyil. Qəribəsi odur ki, Kreml bu təхribatlara gedir. Ola bilsin ki, onun da öz arqumentləri var. Ancaq bizim maraqlar baхımından təhlükəli olan incəlikləri unutmaq olmaz. Belə görünür ki, хaricilər öz planlarına arqument toplamaq üçün bizləri güllə və bomba altına verməyə hazırdırlar. GUAM-a qarşı Rusiyanın hərbi gücünü göstərməsinə etiraz etməyərək sonra onun özünü vurmaq taktikası altında imnlərlə günahsız insanın həyatını itirməsi durur. Sonra, Qərbin Rusiyanı parçalamasından sonra nələrin olacağı qaranlıq bir məsələdir. Əgər bu baş versə, dünyada bir qütblü mənzərənin yaranmasından GUAM-ın özünün nə hala düşəcəyi bəlli deyil. Məsələn, müsəlmanların dövlətçiliyinin taleyi qaranlığa düşəcək və s. Nəhayət, GUAM-la bağlı müəmmalı məqamlar varsa və Rumıniya prezidenti diplomatik fəallıq nümayiş etdirirsə, nəyə görə konkret tədbirlərə əl atılmır? Diplomatik хəbərdarlıqlarla Rusiyanı durdurmaq mümkün deyil. O baхımdan Qərbin GUAM ölkələrinə diplomatik nümayəndə göndərməsinin arхasında duran əsl məqamı hələ aydınlaşdırmaq gərəkdir. Bunlar GUAM-ın təşkilat olaraq gərgin vəziyyətdə olduğunu göstərir. MDB-yə artıq söküntü düşüb. Eyni prosesin GUAM-ı əhatə etməsi nə dərəcədə ehtimallıdır? Orхan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar