SON XƏBƏRLƏR

QAZAXISTAN HƏLƏ BTC-dən İMTİNA ETMƏYİB

2021.10.20, 07:36
QAZAXISTAN HƏLƏ BTC-dən İMTİNA ETMƏYİB

Gunaz.tv
QAZAXISTAN HƏLƏ BTC-dən İMTİNA ETMƏYİB “Newsweek” jurnalı: “Gürcüstandakı müharibə Avropanın enerji təchizatını təhlükədə qoydu” 98.jpg Qazaxıstan Gürcüstan ətrafında yaranmış böhrandan sonra bu ölkədən neft nəqlini dayandırsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinə qoşulmaq haqda qərarını dəyişməyə hazırlaşmır. Türkiyə mətbuatı Qazaxıstanın BTC ilə neft nəql etmək planlarından geri çəkildiyi və neftin ixracı üçün Rusiya marşrutuna üstünlük verəcəyi haqda xəbər yaysa da, Astanadan bunu təsdiq etməyiblər. “The Wall Street Cournal” qəzetinin yazdığına görə, Qazaxıstan hökumətindən bildiriblər ki, onların BTC-dən imtina etmək haqda heç bir planları yoxdur. Qazaxıstanın ABŞ-dakı səfiri Erlan İdrisov isə bəyan edib ki, onun ölkəsi əvvəlki kimi bu kəmərlə neft nəql etmək niyyətindədir. Xatırladaq ki, Qazaxıstan ötən il rəsmən BTC-yə qoşulub, bir neçə ay əvvəl Qazaxıstan parlamenti ölkənin BTC ilə neft nəqlinə dair Azərbaycanla əldə edilmiş razılaşmanı ratifikasiya edib. Bildirilir ki, Qazaxıstanın BTC-dən çıxmağa hazırlaşdığı haqda xəbəri Türkiyənin “Referans” qəzeti Astanadakı mənbəyə istinadən yayıb. Qazaxıstanın ABŞ-dakı səfiri isə bu xəbərin həqiqətdən uzaq olduğunu bildirir. Onun bildirdiyinə görə, Qazaxıstanın BTC-yə qoşulmaqla bağlı öhdəliklərinə sadiqdir: “Qazaxıstan dəfələrlə bəyan edib ki, enerji ehtiyatlarının nəqli üçün bir neçə alternativ marşrutlara üstünlük verir. Biz enerji daşıyıcılarının dünya bazarlarına kommersiya baxımından sərfəli və çoxyönlü marşrutlarla çıxarılması siyasətinə sadiq qalırıq. BTC-yə gəldikdə isə Qazaxıstan Azərbaycanla bir sıra qarşılıqlı müqavilələr bağlayıb. Ona görə də Qazaxıstan bu layihədən çəkilməyə hazırlaşmır. Biz öz öhdəliklərimizə sadiqik və tərəfdaşlarımızın etibarını zədələmək niyyətində deyilik”. Qazaxıstan səfiri bəyan edib ki, onun ölkəsi Gürcüstandakı vəziyyətdən narahatdır. Çünki Gürcüstanda çoxlu sayda qazax şirkətləri investisiya yatırıb, o cümlədən Qara dəniz sahillərində neft infrastrukturlarının yaradılmasında iştirak edib. Xəbər verildiyi kimi, Qazaxıstan BTC ilə Kaşaqan yatağından hasil ediləcək neftin bir hissəsini nəql etməliydi. Qazax nefti ilk mərhələdə tankerlərlə Bakıya daşınacaq və oradan BTC-yə vurulacaq. Sonrakı mərhələdə Qazaxıstan neftini Bakıya çatdırmaq üçün sualtı kəmərin çəkilməsi nəzərdə tutulur. Gürcüstandakı böhrandan əvvəl BTC-in operatoru olan bp şirkəti kəmərin buraxılış qabiliyyətinin artırılması haqda müzakirələr aparırdı. Lakin BTC əvvəlcə Türkiyə ərazisində partladıldı, iki gün sonra isə Rusiya Gürcüstana qoşun yeritdi. Kəmər üç həftəlik fasilədən sonra bir gün əvvəl tam gücü ilə işləməyə başlayıb. Lakin onun təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar qalır. Gürcüstan KİV-ləri xəbər veriblər ki, Rusiya diversantları BTC-nin keçdiyi ərazilərdə minalar yerləşdiriblər. Bu minaların nə vaxtsa işə salınacağı istisna deyil. ABŞ-ın nüfuzlu “Newsweek” həftəliyi də yazır ki, Gürcüstandakı müharibə bu ölkədən keçən enerji tranziti marşrutlarını təhlükədə qoyub. Jurnal xatırladır ki, hərbi əməliyyatların davam etdiyi günlərdə BTC-nin keçdiyi ərazilərdə 50-dən çox Rusiya raketi partlamışdı. Bildirilir ki, Rusiya birbaşa olaraq BTC-ni hədəf almayıb, lakin Gürcüstan ərazisində neft qatarlarının keçdiyi körpünü partladıb və Poti limanını tutub. “Newsweek” hesab edir ki, artıq Xəzərin neft-qaz ehtiyatlarının Rusiyadan yan keçməklə Gürcüstan vasitəsilə Avropaya nəqli təhlükəsiz deyil. Bu isə Avropanı enerji daşıyıcıları məsələsində Rusiyadan daha çox asılı edir. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar